Maraqlı Xəbərlər

Əməkdar Artist: “Vaksinin İki Dozasını da Vurdurmuşdum, Amma Yoluxdum”

Bir müddət əvvəl koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən Əməkdar artist Nigar Şabanova sağalıb.

Evdar.az xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkə hesabında paylaşım edib.

Şabanova yeni fotosunu paylaşaraq sağaldığını qeyd edib. Əməkdar artist hər iki doza peyvənd olunmasına baxmayaraq yendə də COVID-19-a yoluxduğunu bildirib:

“Özünüzü koronavirusdan qoruyun, sosial məsafəni saxlayın, gigiyenik qaydalara mütləq əməl edin. Vaksinə də arxayın olmayın! İki doza vaksinin ikisində etdirmişdim, amma toyda ara məsafəsi saxlamadım və yoluxdum. Allah heç birinizə ağrı-acı nəsib etməsin. Sağalmışam, sabahdan sevimli makiyajarıma qovuşacam. Sizi sevirəm əzizlərim”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir