Maraqlı Xəbərlər

3-cü Doza Peyvəndə Ehtiyacı Olan Şəxslər BUNLARDIR

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İmmunlaşdırma üzrə Strateji Məsləhətçi Qrupu koronavirusa qarşı peyvəndinin üçüncü dozasına ehtiyacı olan bir qrup şəxsin adını açıqlayıb.

Evdar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.

Xüsusilə, immuniteti zəif olan insanlar üçün COVID-19-a qarşı əlavə dərman dozası tövsiyə olunur. Bu tövsiyə Pfizer-BioNTech, Moderna, AstraZeneca, Covishield, Johnson & Johnson, Sinopharm və Sinovac vaksinləri vurduran hər kəsə aiddir.

Bundan əlavə, Çin vaksinləri olan Sinovac və ya Sinopharm ilə peyvənd olunan 60 yaşdan yuxarı insanların üçüncü dozası ilə peyvənd olunması məsləhət görülüb.BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir