Faydalı Faydalı Məsləhətlər Sağlamlıq Haqqında

5 Günə 3 Kilo Arıqladan Pəhriz: Limon Pəhrizi

Faydaları saymaqla bitməyən limon çəki atmaqda olduqca təsirli bir qidadır. Metabolizmi sürətləndirərək  bədəninizdəki yağları yandırmağa köməkçi olan limon, güclü bir antioksidant qaynağıdır. Bu xüsusiyyəti sayəsində sağlamlığınızı gücləndirərək sizi zərərli bakteriyalardan qoruyur. Qəbizliyin qarşısını alan və bağırsaqları işlədən bir xüsusiyyətə malik olan limon sürətli bir şəkildə çəki atmağınıza köməkçi olacaq. Hətta güclü bir sidikqovucu olan limon sayəsində bədəninizdəki şişkinlikdən xilas olmağınız da bu pəhriz ilə mümkündür.

Qısa müddətdə çəki atmaq istəyənlər üçün limon pəhrizi olduqca ideal bir pəhrizdir.  Bol miqdarda C vitamini ehtiva edən limon; kalsium, kalium mineralları baxımından da olduqca zəngindir. Limon pəhrizi, digər pəhrizlərdən ayıran bu xüsusiyyəti pəhrizi edərkən özünüzü daha fəal və sağlam hiss edəcəksiniz.

Limon Pəhrizi Nədir?

Limon pəhriziylə 5 günə 3 kilo çəki ata bilərsiniz. Bədəninizi yeniləməyə köməkçi olan bu pəhriz əsasən limon şirəsindən ibarətdir. İstifadə edəcəyiniz limon suyu toksinlərdən xilas olmağa və çəki atmağa kömək edəcək. Üstəlik limonun qabığını rəndələyərək bir miqdar balla qarışdırıb bədəninizə peeling də edə bilərsiniz.

Limon Pəhrizi Necə Edilir?

Evdar.az 5 gündə 3 kilo arıqladan limon pəhrizi üçün sizə bir günlük qidalanma siyahısı hazırlayıb. Gündəlik qida qəbulunda normadan artıq qidalanmağa nəzarət edilməlidir. Yeyəcəyiniz tərəvəz və ya ət yeməyini damaq dadına görə özünüz seçə bilərsiniz. Bu pəhrizdə əhəmiyyətli olan ac qalmadan çəki atmağınızdır. Pəhrizi tətbiq edərkən yağ, şəkər, duz və xəmir işləri kimi qidalardan uzaq durmalısınız. İçəcəyiniz limon suyuna və limonadınıza dad verməsi üçün bir çay qaşığı bal əlavə edə bilərsiniz.Ancaq bunu gün ərzində bir dəfə etməyiniz tövsiyə edilir. Sərinləşdirici bir təsir və dad verməsi balın əvəzinə nanə yarpaqları əlavə edə bilərsiniz.

1 günlük limon pəhrizinin qidalanma siyahısı:

-Səhər yeməyindən əvvəl 1 stəkan ilıq suya yarım limonun suyunu sıxıb için

– Səhər yeməyində 1 dilim tam buğda çörəyi, 1 ədəd suda qaynadılmış yumurta, göyərti,  4-5 ədəd zeytun

-Ara saatlarda 1 stəkan limonad

-Nahar üçün 1 kasa yağsız qatıq, 5-7 ədəd qoz və ya fındıq

-Naharla şam yeməyi arası saatlarda   1 stəkan ilıq suya yarım limonun suyunu sıxıb için

 -Şam yeməyində 1 porsiyon qırmızı ət( toyuq əti, balıq əti), zeytunyağlı salat

 -Yatmazdan bir saat əvvəl: 1 stəkan ilıq suya yarım limonun suyunu sıxıb içmək

VACİB QEYD: Həddindən artıq limon istifadə etmək orqanizminizdə allergik bir təsir yarada bilər. Qeyd olunan ölçüdən kənara çıxmamağınız pəhriziniz üçün əhəmiyyətlidir. Təzyiq və şəkər xəstəsi olan insanlar limon pəhrizinə başlamazdan əvvəl mütləq həkimiylə məsləhətləşməlidir. Pəhriz boyu hər gün yarım saat gəzmək ,  2 litr su içmək çəki atmağınızı  sürətləndirmək üçün tövsiyə edilir. İnsanların metabolizm sürətinin müxtəlif olduğundan çəki atmaqda fərqliliklərin olması normaldır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir