Faydalı

Amfibiya Təyyarəsi Türkiyədə Qəzaya Uğradı, Səkkiz Ölü

Türkiyənin Kahramanmaraş vilayətində yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində səkkiz ekipaj üzvü olub.

Bildirilib ki, vilayətin On iki fevral rayonunun Ilıca məhəlləsinə ildırım düşüb və nəticədə meşəlik ərazidə yanğın başlayıb.

Əraziyə cəlb olunan yanğınsöndürmə təyyarəsi hələlik bilinməyən səbəbdən qəzaya uğrayıb.

Hazırda bölgədə axtarış-xilasetmə işləri davam edir.

***

Türkiyədə qəzaya uğrayan amfibiya təyyarə Rusiyaya məxsus olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, təyyarədə beş Rusiya, üç Türkiyə vətəndaşı olub.

Qeyd olunub ki, qəzadan xilas olan olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir