Faydalı

Azərbaycanda Güclü Partlayış: Ölən Var – FOTO

Şirvanda güclü partlayış baş verib.

Evdar.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə şəhərin Tofiq İsmayılov küçəsində yerləşən çörəkbişirmə sexində qeydə alınıb.

Partlayış zamanı sexdə gecə növbəsində işləyən şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Zaur Kamil oğlu həyatını itirib.

Partlayışın hansı səbəbdən baş verdiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Qeyd edək ki, hadisə zamanı sexin qarşısında olan bir avtomobilə də ciddi ziyan dəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir