Maraqlı Xəbərlər

Azərbaycanda Koronavirusa Yoluxma Ən Çox Bu Ərazilərdədir – SİYAHI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.

Evdar.az xəbər verir ki, həmişə olduğu kimi yenə də ən çox yoluxma Bakı şəhərinin payına düşür. Burada yoluxanların 54,2%-i paytaxtda qeydə alınıb.

Bakıda ən yüksək yoluxma dərəcəsi 14,6%-lə yenə də Binəqədi rayonunda qeydə alınıb. Sonrakı yerlərdə 13,6%-lə Xətai, 11,8%-lə Sabunçu, 11,7% Yasamal, 8,4%-lə Suraxanı, 7,8%-lə Nərimanov, 7,6%-lə Nəsimi, 7,6%-lə Xəzər, 7,1%-lə Nizami, 4,9%-lə Səbail, 4,4%-lə Qaradağ, 0,5%-lə isə Pirallahı qərarlaşıb.

Bundan başqa, Abşeronda 13,4%, Aranda 12,1%, Gəncə-Qazaxda 7%, Şəki-Zaqatalada 3,6%, Quba-Xaçmazda 3%, Lənkəranda 2,5%, Dağlıq Şirvanda 2,3%, Yuxarı Qarabağda 1,5%, Naxçıvan Muxtar Respublikasında 0,7%-dir.

Ölkə xaricindən gələnlər arasında yoluxma təqribən 0,4% təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir