Faydalı Faydalı Məsləhətlər Maraqlı Xəbərlər Sağlamlıq Haqqında

Bənövşəyi Rəngi və Xoş Qoxusuyla Damaqlarda Ləzzətini Buraxan Reyhanın Faydaları

Təbiətin möcüzələrini şəfalı bitkilər vasitəsilə oxumaq mümkündür. Təbiətdə özbaşına yetişən bir çox bitkini mətbəxinizə, süfrənizə və bədəninizə qəbul edə bilər; həm damaq dadınız üçün, həm də fiziki və zehni sağlamlığınız üçün bunlardan tam faydalana bilərsiniz. Sözügedən çox yönlü və müalicəvi otlardan biri də reyhandır.Reyhanın faydaları nələrdir? Reyhan hansı yeməklərdə istifadə olunur? Necə yetişdirilir və necə qurudulur? Evdar.az bütün bu sualların cavabını bir araya topladı..

Reyhan nədir? Reyhan bitkisinin faydaları nələrdir?

Paxlalılar ailəsinə aid bir bitki olan reyhan,təravətli və gözəl qoxusuyla diqqəti cəlb edir. Reyhan bitkisi mülayim iqlim bölgələrində, suya yaxın ərazilərdə böyüyür. Tərkibində bol miqdarda antioksidan olan reyhanı yeməklərə əlavə edə bilərsiniz, içki kimi,şəxsi qulluq üçün istifadə edə bilər və bir çox xəstəliklərə qarşı terapevtik təsirindən faydalana bilərsiniz.

Reyhanın sağlamlıq baxımından bir çox faydası var. Bu faydalar:

  • İmmunitet sistemini gücləndirərək xəstəliklərə qarşı müqavimətinizi artırır.
  • Pis xolesterolu salaraq ürək dostu bir davranışa sahibdir
  • Mədə turşusunu tənzimləyir və həzmsizlik kimi problemlərinizi aradan qaldırmağa kömək edir.
  • İltihab əleyhinə xüsusiyyətləri sayəsində ödəmi (şişi) azaldan təsir göstərir.
  • Baş ağrısına yaxşı təsir edir.
  • Öskürək üçün faydalıdır.
  • Dəri baxımı üçün qaynadılıb suyu tonik olaraq istifadə edilə bilər.

Reyhan şərbətinin faydaları nələrdir?

Reyhan şərbətinin hazırlanma qaydasını bu məqalədən oxuyun..

  • Anemiya və aşağı qan şəkərinin səbəb olduğu başgicəllənməyə qarşı qoruyucu təsir göstərir.
  • Ağız yaralarını müalicə edici xüsusiyyəti var
  • Yağ yandırıcı xüsusiyyəti sayəsində arıqlamağa kömək edir.
  • Bağırsaq köpü üçün faydalıdır.
  • Öskürəyin müalicəsində istifadə edilir.
  • Stressdən qurtulmağınıza köməkçi olur.
  • Arı sancmalarına qarşı reyhan şərbətindən faydalana bilərsiniz.

Reyhan şərbətinin faydaları haqqında daha ətraflı məqalədən oxuyun..

Reyhan çayının faydaları nələrdir?

  • Mədə və bağırsaq şişkinliyi üçün terapevtik təsir göstərir.
  • Ödəmi (şişi) azaldır.
  • Tənəffüs yollarını rahatlaşdırır.
  • Xərçəngə qarşı qoruyucu təsiri göstərir
  • Sakitləşdirici təsirə malikdir.
  • Dərini gözəlləşdirir.
  • Ağız qoxusunu aradan qaldırır.

Reyhan hansı yeməklərdə istifadə edilir?

Reyhan bitkisi həm təzə, həm də qurudulmuş formada yeməklərə əlavə olunaraq mətbəxinizə ləzzət və sağlamlıq qatır. Təzə reyhan ən çox salatlara əlavə olunur. Bundan əlavə dolma kimi ənənəvi yeməklərə əlavə olunduqda yeməyə xoş ətir və ləzzət verir.

Qurudulmuş reyhan, ət yeməklərində və doğramacda istifadə edilə bilər. Ədviyyat kimi istifadə edəcəyiniz reyhan, ətin qoxusunu boğur xoş və aromatik bir dad yaradır.

Reyhan evdə necə yetişdirilir?

Reyhan bitkisini ilıq, küləksiz bir mühitdə və birbaşa günəş görməyən, lakin işıqlı bir yerdə, saxsı içində ya da bağçada yetişdirə bilərsiniz. Geniş bir saxsı qabı torpaqla doldurduqdan sonra torpağı yüngülcə nəmləndirin. Daha sonra reyhan toxumlarını nazik bir təbəqə halında torpağın üzərinə səpin. Üzərini də yüngülcə torpaqla örtün. Reyhanın torpağının qida dəyəri baxımından zəngin və havadar olmasını təmin etməlisiniz. Reyhan suyu çox sevmir. Həftədə bir dəfə köklərini sulamağınız kifayətdir.

Reyhan necə qurudulur?

Təzə reyhanın ömrü çox uzun deyil. Bu səbəbdən reyhanı xüsusən də qışda istifadə etməyə davam etmək istəyirsinizsə, quru versiyasını seçməyiniz tövsiyə olunur.

Reyhan bitkisini qurutmazdan əvvəl yaxşıca yuyun. Suyunu yaxşıca süzdürdükdən sonra qalın gövdələrini ayırın. Qalan hissələrini bir qəzet kağızının və ya bir nimçənin üzərinə yayın. İsti, işıqlı, küləksiz və nəmsiz bir yerdə qurumağa qoyun. Arabir qarışdırıb alt-üst edərək bərabər şəkildə qurumasına köməkçi ola bilərsiniz. Reyhanı yaxşıca qurutduqdan sonra əllərinizlə toz halına gətirə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir