Faydalı

Bakıda Cinsi Azlıq Nümayəndəsini Qətlə Yetirən Şəxs Həbs Edildi

Qaradağ rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.

Evdar.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Belə ki, avqustun 22-si saat 21 radələrində rayonun Puta qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan naməlum insan meyitinin aşkar edilməsi barədə Qaradağ rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilməklə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit müayinə olunarkən üzərində kəsici alətlə yetirilməyə xarakterik olan çoxsaylı xəsarətlər aşkar edilib.

Aparılmış ilkin araşdırmalarla öldürülən şəxsin 1994-cü il təvəllüdlü Nuriyev Əhəd İsmayıl oğlu olduğu müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin avqustun 18-də səhər saat 05 radələrində 1985-ci il təvəllüdlü Mirşahid Mehdiyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsi müəyyən edilib.

Mirşahid Mehdiyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə ilə bağlı yayılan ilkin məlumatda öldürülən şəxsin qadın olduğu deyilsə də, qətlə yetirilən Əhəd Nuriyevin cinsi azlıqların nümayəndəsi olduğu bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir