Faydalı Sağlamlıq Haqqında

Beyin Donması: Soyuq Qidalar Yedikdə Beyninizdə Nə Baş Verir?

Dondurma və ya su kimi soyuq bir qidaları qəbul etdikdə damadığınıza gələn soyuqluq ya da çox soyuq bir şey tənəffüs etmək beynin donmasına səbəb ola bilər.

Soyuq bir şey qəbul etdikdən sonra qısa, lakin çox sıx bir ağrı hiss etmiş ola bilərsiniz. Buna beyin donması deyilir. Bəzən dondurma yeyərkən və ya buz kimi soyuq su içdiyiniz zaman bunu yaşaya bilərsiniz. Çox vaxt bu yalnız bir neçə saniyə çəkir. Donma alında və gicgahın arxasında hiss olunur. Donma hissi sanki kəllənin içərisində baş verir. Amma əslində ağızda baş verənlərlə əlaqədardır. Beyin donması nədir, onun səbəbləri nələrdir? Evdar.az bu detallara birlikdə baxmağı təklif edir.

Beyin Donması Nədir, Necə Diaqnoz Qoyulur?

Dondurma və ya su kimi soyuq bir şeyi tez qəbul etdikdə damağınızda soyuqluq və ya çox soyuq bir şeyi tənəffüs etmək beynin donmasına səbəb ola bilər. Bu, adətən isti havalarda yaşanır. Beyin donması zamanı başın ön hissəsində çox ani və kəskin ağrı hiss olunur. Ağrı adətən bir neçə saniyə çəkir. Bəzi hallarda bu, 2 dəqiqəyə qədər çəkə bilər.

Beynin Donmasına Səbəb Nədir?

Soyuq bir şey içdikdə və ya hətta soyuq hava ilə nəfəs aldıqda, daxili yuxu arteriyası ilə ön beyin arteriyasının qovşağında boğazın arxasındakı temperatur dəyişir. Neyroloq Dueyn Qodvinin fikrincə, beyin bu dəyişikliyi sevmir. Buna görə məcazi mənada donaraq özünü qoruyur. Yəni ani soyuqluq hissi damarların birdən genişlənməsinə və daralmasına səbəb olur. Bu vəziyyətdə də ağrı hiss etməyinizə səbəb olur.

Migreni Olanlar Bu Vəziyyəti Daha Çox Yaşayırlar

Tədqiqatlar göstərir ki, miqren xəstələrinin donma ehtimalı daha yüksəkdir. Ancaq ikisi arasındakı ən böyük və ən əhəmiyyətli fərq, beyin donmasının yalnız qısa müddətə davam etməsi və dərmana ehtiyac olmadan öz-özünə getməsidir. Migren daha uzun çəkir. Ürəkbulanma kimi digər simptomlar da baş verə bilər.

Beyin Donmasının Müalicəsi

Qeyd etdiyimiz kimi, donma uzun sürmür, lakin biz bunu yaşasaq, onu daha tez bitirməyin bir neçə yolu var. Birincisi, isti və ya otaq temperaturunda bir şey içməkdir. Digər yol isə dilinizi ağzınızın damağına basmaqdır. Bu sayədə dilinizin istisi sinuslarınıza ötürülür və beynin donmasına səbəb olan sinirləri qızdırır. Ağrı keçənə qədər dilinizi orada tutmalısınız.

Beyin Donmasından Qorunmağın Yolları

Beynin donması təhlükəli olmasa da, yenə də xoşagəlməz hissdir. Beləliklə, bunun qarşısını almaq üçün edə biləcəyiniz bir neçə şey var. Dondurulmuş qida və ya içki udmaqdan və çox soyuq hava ilə nəfəs almaqdan çəkinin. Soyuq bir şey yeyirsinizsə, yavaş-yavaş yeməyə çalışın. Aşağı temperaturda çöldə gəzərkən üz maskası və ya şərf havadan qorunmağa kömək edə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir