Maraqlı Xəbərlər

Bu Şəxslər Koronavirusa Təkrar Yoluxduqda Ağır Keçirir – Baş İnfeksionist

Adətən koronavirusa təkrar yoluxma halları çox az rast gəlir və təkrar xəstələnmə bir qayda olaraq əvvəlkindən yüngül keçir. Lakin istisnalar da mövcuddur, bu çox güman ki, həmin şəxsdə immun sistemin zəif olması və ya yanaşı xroniki xəstəliklərin olması ilə əlaqədardır.
Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
T.Eyvazov bildirib ki, mutasya olmuş virusların orqanizmdə movcud anticisimlərdən yalnız hissəvi yayınmasının mümkünlüyünü nəzərə alaraq bu qaydanın digər mutasya olmuş ştamlarla da təkrar yoluxma hallarına aid etmək olar:
“Təbii ki, mutasya olunmuş ştama qarşı əmələ gələn anticisimlər cüzi olaraq əvvəlkilərdən fərqlənə bilər. Lakin bunu hazırda istifadə etdiyimiz rutin seroloji testlər aşkar etmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir