Faydalı Maraqlı Xəbərlər Sağlamlıq Haqqında

Bunları Edin Və Xərçəng Sizə Yaxın Düşməyəcək

Kanadanın Kinqston şəhərinin Kuins Universitetinin alimləri müəyyənləşdiriblər ki, daha çox qəhvə içən şəxslərin qara ciyər xərçənginə tutulmaq ehtimalı az olur.

Evdar.az xəbər verir ki, alimlərin araşdırması 7,5 il ərzində davam edib. Araşdırmada 471 min 779 insan iştirak edib. Çoxu könüllü olan bu şəxslərin 4-də 3-ü çoxlu qəhvə içdiklərini bildiriblər. Aralarında daha çox tez-tez siqaret çəkən, spirtli içki qəbul edən, qanlarında xolesterin çox olan və mədə xorası olan şəxslərin üstünlük təşkil etdiyi araşdırmaya qatılan şəxslər qəhvəni çox içmələri səbəbindən xərçəngə az tutulublar.

Kuins Universitetinin alimlərinin bildirdiyinə görə, qəhvənin tərkibində antioksidantlar və kofein olur ki, bunlar da onkoprotektor rolunu oynayır. Yəni bunlar orqanizmdə xərçəng şişlərinin inkişafının qarşısını alır.

Alimlər həmçinin müəyyənləşdiriblər ki, qəhvə ilə yanaşı siqareti tərgitmək, spirtli içkidən imtina və eləcə də artıq çəkidən xilas olmaq da xərçəngin düşmənidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir