Maraqlı Xəbərlər

Elçibəyin Ailəsində ŞAD GÜN: Toy Siyahısını Bəy Özü Hazırlayıb

Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev ailə həyatı qurur. Bu gün Naxçıvanda qız toyu, iyulun 30-da isə Bakıda oğlan toyu olacaq. Toy mərasimində sabiq prezidentin bəzi dostlarının iştirak edəcəyi gözlənilir.

Vaxtilə Elçibəyin yaxın silahdaşı olmuş “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Modern.az-a açıqlamasında bildirib ki, oğlan toyuna dəvət ediləcək qonaqların siyahısını Ərturqut bəy şəxsən özü hazırlayıb:

“Bildiyimə görə, bu gün Naxçıvanın Kələki kəndində gənclərin qız toyu keçiriləcək.  İki gözəl ailənin birləşməsi, daha möhkəm qohumluğun təməli qoyulur. Mirhadi Yusifli çox dəyərli hərəkat adamıdır, Elçibəyə ən yaxın insanlardan biri olub. Onun qızının Elçibəyin gəlini olması təbii ki, xoşbəxtlikdir. Ərturqut bəyin məsuliyyəti ağırdır. Mən bu ailəyə xoşbəxtlik arzulayacağam.

Elçibəyin oğlu və Mirhadi Yusiflinin qızının qurduğu ailə çox gözəl, nümunəvi türk ailəsi olmalıdır. Azərbaycan cəmiyyətinə ailə modelinin gözəl nümunəsi olmalıdır. Toya dəvət olunanların siyahısını pandemiya şərtlərini nəzərə alaraq, bəy özü tutub. Mərasimdə ən yaxın qohumların iştirakı nəzərdə tutulur. Hətta bildiyimə görə, dostlarının çoxunu toya dəvət edə bilməyib. Allah xoşbəxt etsin. Hələ vaxt var, dəvət olunsaq, könüldən iştirak edəcəyik, olunmasaq da dualarımız onlarladır”.

Xatırladaq ki, Ərturqut Əliyevin həyat yoldaşı Aytək Yusifli Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızıdır.

Ərturqut Əliyev Bakı Kooperasiya Universitetinin məzunudur. Hazırda Fövqəladə Hallar Nazirliyində çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir