Faydalı Faydalı Məsləhətlər Sağlamlıq Haqqında

Ev Şəraitində Əncirin Qurudulma Üsulları

Qurudulmuş əncir qış mövsümündə sağlamlığının qorunmasında və müxtəlif xəstəliklərin şəfasında istifadə olunur. Ev şəraitində əncir necə qurudulur? Evdar.az ev şəraitində əncirin qurudulma qaydasını təqdim edir.

Günün Altında Əncirin Qurudulması

Günün altında əncir qurutmaq ən çox istifadə edilən təbii bir üsuldur. Bu üsulla əncir qurutmaq üçün ilk olaraq əncirləri bol su ilə yaxşıca yuyun. Yuduğunuz əncirin suyunun süzülməsi üçün təmiz bir mətbəx dəsmalı və ya kağız dəsmal istifadə edərək qurudun. Əncirin hava alması üçün bir tül və ya tənzifi dəmir torun üstünə sərin. Dəmir torunuz yoxdursa sininin üzərinə bir tül sərin. Əncirləri bu tülün üzərinə aralı olaraq düzün və üzərini incə bir tənziflə ya da tüllə örtün. Əncirləri düzdüyünüz sinini günəş görən bir yerə qoyun. 2-3 saatdan bir nəzarət edərək qurudun. Bu şəkildə əncir təxminən 3-5 gün ərzində tamamilə qurumalıdır. İki tərəfin də səliqəli quruması üçün arada əncirləri çevirməyi unutmayın.

Ənciri sıxdıqda suyu quruyubsa və yumşaq qalıbsa deməli əncirlər quruyub. Əncirin nəm qalmamasına diqqət edin. Çünki nəmli qaldıqda qurd düşə bilər.

Sobada Əncirin Qurudulması

Yuyulub suyu çəkilmiş əncirləri soba sinisinə düzüb 43-46 dərəcədə 12 saat, saat başı nəzarət edərək quruda bilərsiniz. Quruduqdan sonra 1 çay qaşığı nişasta ilə qarışdırıb saxlaya bilərsiniz.

Ev şəraitində qatqı maddəsi istifadə etmədən qurudulan əncirin sağlamlıq baxımından da bir çox faydası var.

Qurudulmuş Əncirin Sağlamlığa Faydaları:

  • Lif baxımından zəngindir: Qurudulmuş əncir uzun bir müddət tox tutur və qəbizliyin yüngülləşməsinə köməkçi olur.
  • Hipertoniyaya yaxşı təsir edir: Yüksək kalium səviyyəsi və aşağı natrium səviyyəsi, hipertoniya olan insanlarda rahatlığı təmin edir.
  • Yaxşı kalsium mənbəyidir: Quru əncirdə olan yüksək kalsium səviyyələri sümük sağlamlığına köməkçi olur.
  • İmmuniteti artırır: Quru əncir yüksək musilaj (maddə) məzmunu boğaz ağrısını yaxşılaşdırır və qoruyur. Orqanizmdən zərərli toksinləri çıxarır.
  • Antioksidant daxildir: Quru əncirə ürək xəstəlikləri və müxtəlif xərçəng növlərinin riskini azaltmağa köməkçi olan fenol deyilən bir növ antioksidant daxildir.

Qeyd: Xüsusilə içi dolğun və qabıqları incə olan yetişmiş əncirlərə üstünlük verməyə çalışın. Hətta yerə düşən əncirlər qurutma prosesi üçün olduqca doğru bir seçimdir.

İnsan sağlamlığına möcüzəvi faydaları olan əncirdən mürəbbə hazırlamaq üçün bu bölmədəki reseptdən istifadə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir