Maraqlı Xəbərlər

Evdə Müalicə Alan COVID-19 Xəstələrinə Pul Ödənilir – RƏSMİ

“Azərbaycanda koronavirus infeksiyası ümumi xəstəlik kimi qəbul olunduğu üçün virusa yoluxan şəxslərə özünütəcrid dövründə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilir”.

Evdar.az “Report”a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru Hüseyn Paşayev deyib.

O qeyd edib ki, ilk 14 gün ərzində müavinət siğortaedən tərəfindən, 14 gündən çox olduqda isə yerdə qalan vəsait məcburi dövlət sosial sığortası hesabına ödənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir