Faydalı Faydalı Məsləhətlər Sağlamlıq Haqqında

Gündə 1 Kasa Ağciyər Xərçəngindən Qoruyur

Günümüzün bəlası olan, dünyada hər il minlərlə insanın yoluxduğu ölümcül xəstəlikdən biri də xərçəng xəstəliyidir. Aparılan araşdırmaya görə, gündə 1 kasa qatıq və lif nisbəti yüksək yeməklər yeyərək ağciyər xərçənginə tutulma riski azaldıla bilər. Evdar.az mütəxəssislərin apardığı araşdırmanı təqdim edir.

ABŞ-ın Tennessee əyalətində olan Vanderbilt Universiteti Tibb Mərkəzindən mütəxəssislər tərəfindən aparılan araşdırmada ABŞ, Avropa və Asiyadan 1,4 milyon yetkinin sağlamlıq məlumatları araşdırılıb.

İştirakçıların qatıq və lifli qida istifadəsi ilə sağlamlıq vəziyyətləri arasındakı əlaqələr müqayisə edilib. Hər gün qatıq və yüksək lifli qida istifadə edənlər və bu qidalardan heç yeməyənlərlə müqayisədə ağciyər xərçənginə tutulma riskinin 33 % daha az olduğu təsdiq olunub.

Lif nisbəti yüksək qidalar və qatığın, ürək-damar xəstəlikləri və həzm sistemi xərçənginə qarşı qoruyucu xüsusiyyəti olduğu da təsdiq edilib.

Qatığın inanılmaz faydaları haqqında bu məqaləmizdən oxuya bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir