Faydalı Faydalı Məsləhətlər Sağlamlıq Haqqında

Hər Gün Bir Qaşıq Yesəniz Həkim Üzü Görməyəcəksiniz!

Çox güclü antiseptik xüsusiyyətə malik olan gicitkən toxumunun qatıq və bal ilə qarışdırıldıqda inanılmaz faydalar verdiyini bilirdinizmi? Bəs gicitkən toxumu, bal və qatıq qarışığının faydaları nələrdir?

Evdar.az süd verən analar və dəmir çatışmazlığından əziyyət çəkənlər üçün möcüzəvi təsiri olan bu qarışımla bağlı məlumatları təqdim edir.

Alternativ təbabətdə çox təsirli olan gicitkən toxumu, bal və qatıq qarışığından əsrlər boyu xəstəliklərə qarşı təbii vasitə kimi istifadə edilir. İnanılmaz faydaları olan bu qidalardan əldə edilən bu qarışıq vitamin anbarı funksiyasını yerinə yetirir.

Arılar tərəfindən istehsal edilən və bir çox çiçəklərdə olan vitaminlərin birləşməsindən əldə edilən bal insan orqanizmini bakteriyalardan tamamilə təmizləyir.

Gicitkən isə tərkibindəki güclü həlledicilər sayəsində qan hüceyrələrinin dövranını sürətləndirərək təzyiqi tarazlaşdırır. Bundan əlavə, dəmirlə zəngin olan gicitkən qan hüceyrələrinin sayını artırır.

Əsrlərdən bəri istifadə edilən bal və gicitkən toxumunun qarışığı qanı təmizləyir. Hətta bu qarışım bəzi ədviyyat mağazalarında hazır satılır. Ev şəraitində hazırlamaq üçün gicitkən toxumlarını həvəngdəstədə döyərək toz halına gətirin. Təmiz bal ilə qarışdırıb üç gün soyuducuda saxlayın. Sonra bu qarışımdan hər gün bir qaşıq içə bilərsiniz.

Bu qarışığa qatıq da əlavə edə bilərsiniz, bu da onu daha təsirli təbii vasitəyə çevirir.

Gicitkən Toxumu, Bal və Qatıq Qarışığının Faydaları

  • Bağırsaqların funksiyalarını tənzimləyir. Qalan qida tullantılarını təmizləyir, qəbizlik və ishalın qarşısını alır.
  • Mədə turşuluğunun artmasının qarşısını alaraq, reflü və qastrit və ya yeməkdən sonra şişkinlik kimi xəstəliklərin riskini azaldır.
  • Qadınlarda nizamsız aybaşı qanaxmalarını tənzimləməklə yanaşı, şiddətli ağrı və sancıların da qarşısını alır.
  • İmmunitet sistemini gücləndirir və bədənin yuxarı tənəffüs yollarının xəstəliklərinə qarşı müqavimətini artırır.
  • Qaraciyər, öd kisəsi və ağciyər orqanlarının toksinlərdən təmizlənməsinə kömək edir.
  • Müntəzəm olaraq istifadə edildikdə hüceyrələrin yenilənməsini təmin edir və dərini daha parlaq edir. O, həmçinin saç köklərini gücləndirir, tökülmə və kəpəyin qarşısını alır.

Sağlamlığınızın Qeydinə Qalın!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir