Faydalı Koronavirus (COVID-19) Maraqlı Xəbərlər Sağlamlıq Haqqında

İspan Həkimlərindən Koronavirusa Qarşı Məhsullar

Düzgün qidalanma immunitet sistemini qüvvətləndirməyə və viruslara qarşı kömək edə bilər. İspan həkimləri koronavirusun sürətlə yayılması kontekstində bunun ən aktual olduğunu qeyd edir. İspan Ümumi Həkimlər və ailə həkimləri Cəmiyyətindən olan Xose Manuel Fernandez Qarsia koronavirus infeksiyası ilə mübarizədə hansı məhsullara diqqət yetirilməsi haqqında danışıb. Evdar.az İspan həkimlərinin virusa qarşı köməkçi məhsullar haqqında məlumatı təqdim edir.

Fernandezin sözlərinə görə, əsas qida rasionunuza daha çox meyvə, tərəvəz və göyərti əlavə etməkdir. “Bu, bədənimizin ehtiyacı olan şeydir” dedi. Və vurğuladı ki, bu cür məhsulların antioksidant və güclü immuniteti yaratmaq üçün zəruri olan mikroelementlərlə zəngindir. Mütəxəssislər gündə beş ədəd tərəvəz və meyvə yeməyi məsləhət görür.

Bundan əlavə, o qətiyyətlə tam taxıllı və rafinə olunmamış məhsuları istifadə etməyi tövsiyə edir. Həftədə ən azı bir dəfə ət və balıq yemək məsləhət görülür. Fernandezin tövsiyyəsinə görə, balıqlara üstünlük verin, ancaq ət yeməyi seçsəniz, quş əti daha yaxşıdır. Həftədə 2-3 dəfə hər hansı paxlalı qidaları istifadə edin. Pendir, qatıq, süd -bu süd məhsullarından istifadə etmək məsləhət görülür. Qidalanma mütəxəssisi sizi yumurta yeməkdən qorxmamağa çağırır. Gündə bir ədəd yumurta yeməyin orqanizmə heç bir ziyanı yoxdur, deyir.

Əsas məhsullardan biri yaxşı zeytun yağı olmalıdır. Zeytun yağı yeməklərin dadını yaxşılaşdıra bilər, həmçinin qızartmaq üçün də istifadə etmək olar.

Doktor Fernandez quru meyvələri də tövsiyə edir.

Duzun miqdarını məhdudlaşdırmağı, gündə 5 qramdan çox deyil, şəkəri isə sadəcə mümkün qədər az yeməyi məsləhət görür. Və bu şirniyyatlar, xəmir xörəkləri, şəkərli içkilər və digər şəkər tərkibli məhsullara aiddir.

İdeal olaraq, belə bir qidalanmanı düzgün həyat tərzi ilə dəstəkləmək: gündə ən azı 30 dəqiqə evdə idman hərəkətləri edin və yaxşı istirahət edin.

Sağlamlığınızın Qeydinə Qalın!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir