Maraqlı Xəbərlər

Kəlbəcərdə Gərgin Gecə – Müdafiə Nazirliyi Cəbhədə Nə Baş Verdiyini Açıqladı

Guya Azərbaycan Ordusu tərəfindən Ermənistan ərazisindəki kəndlərin və əhalinin atəşə tutulması xəbərini təkzib edirik.

Bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları beynəlxalq humanitar hüquq prinsiplərinə riayət edərək qeyri-hərbi obyektləri və mülki şəxsləri atəşə tutmur.

Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində guya Azərbaycan Ordusu bölmələrinin atəşi nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat da həqiqətə uyğun deyil.

Bildirilib ki, əksinə, gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Qarşı tərəfin guya bölmələrimizin itki verməsi barədə yaydığı məlumat da yalandır.

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 16-sı saat 18:45-dən 19:30-dək Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir