Maraqlı Xəbərlər

Koronadan Ölüm Halları Niyə Artıb? – AÇIQLANDI

Artıq koronavirusa yoluxan bəzi xəstələr 3 günə reanimasiyada müalicə almağa məcbur olur.

Evdar.az xəbər verir ki, bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında Kamran Süleymanov deyib. O bildirib ki, əvvəllər bu hal 14 gün ərzində müşahidə edilirdi:

“Koronaya yoluxanların sayı artdıqca ölüm sayı da artır. Əvvəlki ştamlarla müqayisədə son ştamlarda kliniki gedişlər fərqli olur. Artıq xəstəlik daha sürətlə irəliləyir. Məsələn, xəstə yoluxur və 3 gün ərzində reanimasiyada intensiv terapiya almağa məcbur olur. Halbuki digər ştamlarda biz bu halı 5-6, hətta pandemiyanın başladığı ilk günlərdə 10-14 gün sonra müşahidə edirdik. Hazırda bu kliniki durumlar özünü tez büruzə verir və xəstəlik daha tez ağırlaşır.

Ölüm hallarının artmasının digər bir səbəbi də xəstələrin xəstəxanaya gec müraciət etməsidir. Bəzən xəstələr 10-15 gün təngnəfəslik, boğulma hiss edirlər, amma xəstəxanaya müraciət etməkdən çəkinirlər və gecikmiş formada gəlirlər. Belə xəstələrə çox təəssüflər olsun ki, müdaxilə etmək olmur. Buna görə də ölüm halları artmış olur”./metbuat.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir