Koronavirus (COVID-19) Maraqlı Xəbərlər

Koronavirusun Super Ştammı ilə Bağlı XƏBƏRDARLIQ

Alimlər SARS-CoV-2 koronavirusun super ştammının riski barədə xəbərdarlıq ediblər.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bu anlayışın altında virusun yeni mutasiyası nəzərdə tutulur, hansı ki, bütün əvvəlki variantlara əhəmiyyətli dərəcədə üstün gələcək. Bununla mübarizə aparmaq üçün yeni peyvənd yaradılması ehtimalının olması da istisna edilmir.

İndiyə qədər belə bir təhlükə yalnız nəzəri olaraq mövcuddur, lakin təhlükəli bir ssenarinin reallaşmasının qarşısını indi almaq mümkündür.

Belə bir təhlükəyə qarşı yeganə müdafiə peyvənddir.

Yeni mutasiyaların sayı xəstə insandan asılıdır. Və yeni dərmanlar yaratmaq əvəzinə, elm adamları insanları artıq yaradılan və sınaqdan keçirilmiş peyvəndlər vurdurmağa çağırırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir