Faydalı Faydalı Məsləhətlər Maraqlı Xəbərlər

Mağazalardan İçməli Su Alarkən Aldanmamaq Üçün Bu Məsləhətləri Mütləq Oxuyun!

Su almaq sadə bir proses kimi görünsə də, su alarkən diqqət etməli olduğumuz bəzi məqamlar var. Doğru və faydalı su aldıqda nələrə diqqət etməliyik? Evdar.az içməli su haqqında tövsiyyələri təqdim edir.

İçməli su aldıqda nələrə diqqət yetirilməlidir:

  1. Su markası, Səhiyyə Nazirliyindən istehsal icazəsi almış olmalıdır. Və suyun etiketində lisenziya nömrəsi və tarixi dəqiq göstərilməlidir.
  2. Şüşə və qapağın üstündə adı və növü yazılmış bir təhlükəsizlik bantı (hologram) olmalıdır. Eyni şəkildə qapaqların üzərində də suyun adı mütləq yazılmalıdır.
  3. Su bidonlarının üzərindəki etiketlərdə suyun adı və su mənbəyinin yeri yazmalıdır.
  4. Suyun loqosu, bidonda qabardılmış halda olmalıdır.
  5. Qapağın üzərində istehsal və son istifadə tarixi, partiya və seriya nömrəsi yazmalıdır.
  6. Etiketlərdə suyun analiz dəyərləri heç bir əskik olmadan olmalıdır.
  7. Suyun rəngi aydın olmalıdır, bulanıq ya da yaşılımtıl olmamalıdır.
  8. İçməli su bidonunun qapağından hava və su sızdırmamalıdır.

Plastik şüşədə içməli su aldıqda nələrə diqqət yetirilməli;

  1. Su bidonunda olduğu kimi eyni şəkildə, su markası pet şüşə üçün də Səhiyyə Nazirliyindən istehsal icazəsi almalıdır. Lisenziyanın nömrəsi və tarixi etiketlərdə aydın şəkildə göstərilməlidir.
  2. Suyun içində bulanıqlıq ya da hər hansı bir dəyişiklik olub olmadığına diqqət yetirin.
  3. Qapağın daha əvvəldən açılıb açılmadığı nəzarət edilməlidir.
  4. Son istifadə tarixinə mütləq baxılmalıdır.
  5. Günəş şüaları suyun tez xarab olmasına səbəb olduğu üçün gün altında qalan su alınmamalıdır.

Su seçərkən nələrə diqqət edilməlidir;

  • Səhiyyə Nazirliyinin icazə verdiyi “pH” dəyər aralığı 4,5-9,5 dəyərlər arasındadır.
  • Bu gün yüksək “pH”-lı sularının faydaları ilə bağlı müxtəlif tədqiqatlar aparılır, lakin tövsiyə olunan “pH” aralığı 6,5-8,5 arasındadır.

Gündəlik kalsium ehtiyacını ödəmək üçün kalsiumla zəngin sulara, maqneziumla zəngin sulara isə maqnezium ehtiyacını ödəmək üçün üstünlük verilməlidir.

Ancaq böyrək xəstəliyi kimi hallarda, böyrəkləri yormamaq üçün az mineral tərkibli suya üstünlük verilə bilər.

Su İçmək Arıqladırmı?

Düzgün və kifayət qədər su içməyin həm sağlamlığımızın, həm də formamızın qorunması üçün faydalı olduğunu göstərən bir çox araşdırma var. Ancaq təkcə içməli suyun çəki atmağı düşüncəsi doğru deyil.

İçməli su arıqlamağa necə kömək edir?

Əvvəla, yeməkdən əvvəl su içmək, doyma hissi verərək yeməkdə alınan hissənin azaldılmasına kömək edir.

Journal of the American Dietetic Association-da nəşr olunan, 2008-ci ildə aparılan bir araşdırmaya görə, yeməyə oturmazdan əvvəl bir neçə stəkan su içmək, kalori qəbulunu 75 kalori qədər azaldır. Bu rəqəm kiçik səslənsə də, hər gün nahar və şam yeməyindən əvvəl su içərək, kalori qəbulunu gündə 150-ə endirə bilərsiniz; Həftədə 1050 kalori azaltmaq mümkündür

Bundan əlavə, çay, qəhvə, alkoqolsuz içkilər kimi içkilərin gün ərzində su ilə əvəz edilməsi ümumi gündəlik kalorini əhəmiyyətli dərəcədə azaldır.

Məsələn, 1 kilo itirmək üçün təxminən 3500 kalori lazımdır. Su xaricində olan içkilər, tərkibindəki yüksək kalorilər səbəbiylə çəki almağa səbəb olur. Bir stəkan latte təxminən 265 kalori, bir şüşə qazlı içki təxminən 225 kalori və bir stəkan buzlu çay təxminən 180 kaloridir. Bunun əvəzinə yalnız su içərək, bir gündə təxminən 670 kalori daha az əldə edəcəksiniz.

Kalorisiz olmağıyla yanaşı su toksinlərin xaric edilməsini dəstəkləyir və beləliklə orqanlar daha səmərəli işləməyə başlayır. Bu maddələr mübadiləsini sürətləndirir və kalori yandırmasını sürətləndirir. Eyni zamanda su bağırsaqların daha yaxşı işləməsinə kömək edərək ifrazat sistemini dəstəkləyir.

Müntəzəm və kifayət qədər su içmək iştahı idarə etməyə kömək etməklə yanaşı sağlam bir metabolizm təmin edərək bədənin yağ yığımını yavaşladır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir