Maraqlı Xəbərlər

Millət Vəkili Operativ Qərargaha Od Püskürdü: “Bəs insanlar nə etsin?”

“Həftəsonları ictimai nəqliyyatın işləməməsi məqsədyönlü şəkildə taksi şirkətlərinin marağını güdmək üçün verilib. Görünür bu qərar onlara daha çox qazanc imkanı yaratmaq üçündür. Bunun başqa adı yoxdur”.

Evdar.az xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O, bildirib ki, bu qərarın pandemiya ilə əlaqəsi yoxdur: “Bu qərarın pandemiya ilə heç bir əlaqəsi yoxdur. Vətəndaşı bilərəkdən sıxıntıya salıb taksi şirkətlərini qazandırırlar. İnsanlar bir yerdən başqa yerə niyə ancaq taksi ilə getməlidirlər? Qadınların çoxu heç taksiyə minmək istəmir, bu mövzuda ciddi problemlər var. Bəs insanlar nə etsin, bəlkə biri xəstədir, birinin problemi var, onlar nə etməlidirlər? Onların istifadə etdiyi ancaq avtobus və metrodur. Heç qatar da yoxdur. Vətəndaşa əziyyət vermək üçün düşünülmüş qərardır və bu qərar ümumiyyətlə ləğv edilməlidir. Şənbə, bazar günləri də ictimai nəqliyyat işləməlidir”.

Qeyd edək ki, Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 sentyabr saat 06:00-dək uzadılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir