Maraqlı Xəbərlər

Olimpiadanın Finalında Uduzan Rafael Ağayevdən Dünyanı Şoka Salacaq Açıqlama

Hər şeyi xalq gördü. Hakimlərin qərarlarına da camaat şahidlik etdi”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Tokio-2020 Yay Olimpiya Oyunlarında karate yarışlarında gümüş medal qazanan Rafael Ağayev deyib. 

O, Yaponiyaya qızıl medal dalınca gəldiyini bildirib: “Mən bura başqa idmançılar kimi dincəlməyə gəlməmişdim. Məqsədim birinci olmaq idi. Bəziləri turist kimi gəlir buralara, lakin mən yox”. 

Ağayev finalda uduzduğu italyan rəqibi Luici Buza ilə mükafatlandırmadan sonra görüşməməsinə toxunub: “Mən hər kəsə salam verirəm, düşmənim də olsa. Çox şeylər var ki, danışmaq istəmirəm. Bu gün uduzduğum idmançı pərdə arxasında elə hərəkətlər elədi ki…O qrupda qalırdı və mən ona yardım etdim. Danışığımız olmuşdu. Vurduğum zərbəni hakimlər saysaydı, başqa cür olardı. Xal üçün 5 hakimdən 4-ü xal açmalıdır, belə də olmuşdu. Amma qərar fərqli verildi. Onunla görüşmürəm, çünki buna layiq deyil. Dünyanın bir nömrəsi özüməm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir