Faydalı Faydalı Məsləhətlər

Qadınların Mətbəxdəki Xilaskarı Qabyuyan Maşın Necə Doldurulmalıdır?

Qabyuyan maşınınızdan ən yaxşı məhsuldarlığı əldə etmək üçün qabyuyan maşının necə doldurulacağını bilməliyik. Yanlış düzülüşdə ləkələr qalıcı ola bilər, alətlər və avadanlıqlar maşının bölmələrində ilişib qala bilər, plastik qablarınız yararsız hala düşə bilər. Evdar.az evdar xanımlar üçün qabyuyan maşın haqqında dəyərli tövsiyələri təqdim edir.

1 – Qab-qacaqlarınızı maşına yerləşdirməzdən əvvəl sümük, tum, düyü və ya makaron kimi böyük yemək qalıqlarını zibilə tökərək işə başlayın. Bu şəkildə qalıqların maşına ilişib qalmamasının qarşısını alacaqsınız.

2 – Xüsusilə ləkələnmiş qablarınızı maşına qoymadan əvvəl sudan keçirin. Maşın ləkələri təmizləyəcək, ancaq əvvəlcədən su ilə yaxalamaq daha yaxşı nəticələr əldə etməyə kömək edəcək.

Bu proses yeməkdən dərhal sonra və ləkələr qurumadan edilsə, qab-qacaqlar asanca durulana bilər. Maşın bir neçə gündə bir işləyirsə, ləkələrin qurumasına icazə verilməməlidir.

Bəs qabyuyan maşın necə doldurulmalıdır?

1- Maşının alt rəfinə boşqab kimi yağlı qabları yerləşdirin. Çirkli tərəfin maşının iç tərəfinə baxdığından əmin olun. Beləliklə, daha çox suya məruz qalır və daha yaxşı təmizlənir.

2 – Qabyuyan maşınında yumağa uyğun olan qazan və tavaları da maşının alt rəfinə yerləşdirin. Yerləşdirmə, çirkli səthlərə asanlıqla çata biləcəyi şəkildə olmalıdır.

3 – Fincanlar, stəkanlar və kasalar, çirkli üzləri suyla rahatca təmas edəcək şəkildə, qabyuyan maşının üst rəfinə yerləşdirilməlidir.

4-Ümumiyyətlə qızdırıcı elementləri maşının aşağı hissəsinə yerləşirdirin.

Buna görə də, saxlama qabları kimi plastik qablar əriyər və ya zədələnərsə, maşının üst rəfinə qoyun.

5 – Çəngəl, qaşıq və yemək qabları dəstələri tutacaqları aşağıya və bıçaqlar isə tərsinə qoyaraq xüsusi ayrılmış səbətə qoyun. Çəngəlləri, qaşıqları və bıçaqları bir -birindən mümkün qədər ayrı qoymağa diqqət edin.

Beləcə su hamısına təmas edərək tamamilə təmizləyə bilər. Hər hansı bir qəzanın qarşısını almaq üçün xüsusilə kəskin bıçaqları aşağıya və ya üfüqi olaraq aşağı rəfə qoyun. Taxta saplı bıçaqları əldə yuyun.

6 – Servis qaşığı və ya spatula bənzəri digər mətbəx vasitələrini suya maneə olması üçün üst rəfə üfüqi olaraq yerləşdirin.

7 – Doğrama taxtaları, qabyuyan maşının alt rəfində olan bölmələrə yerləşdirin.

Yenə də doğrama taxtalarını qabyuyan maşınındakı istilkdən zərər görməməsi üçün əldə yumağınız məsləhətdir. Xüsusilə taxtadan olan doğrama lövhələrini qabyuyan maşına qoymayın.

8 – Yuyucu vasitənin istifadəsi üçün, məhsul qabındakı şərhlərə uyğun olmalıdır və doğru miqdarda yuyucu vasitəni maşınınızdakı bölməyə qoyun.

Yuyucu bölməsi, ümumiyyətlə maşınların qapaqlarında, iç tərəfdə olur. Orada yoxdursa, maşının istifadə bələdçisini araşdıraraq doğru yeri tapa bilərsiniz.

9 – Maşının qapağı bağlanın, yuma proqramı qurun və “Başlat” düyməsinə basın. Əgər maşınınızda “Eco Rejimi” varsa, qab-qacaqlarınızı bu rejimdə yuyub, ətrafı qorumağa köməkçi olun.

Əlavə Qeyd:

  • Maşına tutumundan çox yükləmə edilsə, qab-qacaqlar kifayət qədər təmiz yuyulmaz. Təkrar yumaq məcburiyyətində qalaraq, həm vaxt itirib, həm də işıq pulu artıq yazacaq.
  • Su və yuyucu vasitənin hər yerə təmas edə bilməsi üçün, qabyuyan maşında hər bir qab-qacağın ayrı-ayrı yerləşdirildiyinə və çəngəl ilə bıçaqların iç-içə girmədiyinə əmin olun.
  • Varsa maşının “Eco Rejimi”ndən faydalanın. Beləcə, həm qənaət edər və həm də ətrafı qoruyarsınız.

1 Şərhi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir