Faydalı Sağlamlıq Haqqında

Qış Xəstəliklərinin Kökünü Kəsən Əfsanəvi Ləzzət: Noqay Çayı

Havalar soyuduqda əlindən bitki çayları, isti içkiləri düşməyənlər, bəlkə də bu ana qədər heç bilmədiyiniz əfsanə bir ləzzəti sizə təqdim edəcəyik.

Noqay çayı..

Noqay çayı nədir?

Qafqaz ölkələrində tez-tez üstünlük verilən Noqay çayı çayın süddə bişirilmiş halına deyilir. Qafqaz çayı, Tatar çayı, Tibet çayı ya da Ayakşay olaraq da bilinən Noqay çayı uzun illərdən bu günə qədər Qafqaz ölkələrində yaşayanların soyuqdan qorunmaq üçün həyata keçirdiyi bir üsuldur. Klassik qara çayın içərisinə kərə yağı, istiot və süd tökərək soyuqdəymə və qripin qarşısını alaraq immunitet sistemini gücləndirir. Şorba əvəzinə də içilən Noqay çayına bəzən çörək doğrayıb nuşcanlıqla yeyirlər. Südlə dəmlənən Noqay çayı, Hind və İngilis mətbəxində olan südlü çaya da rəqib olacaq bir reseptdir. Yeganə fərqi kərə yağı və istiot əlavə edilməsidir.

Noqay çayı necə hazırlanır?

Bildiyimiz bütün çaylardan fərqli bir şəkildə hazırlanan Noqay çayının resepti:

  • 1 xörək qaşığı  dəmlənmiş və ya 1 paket qara çay
  • 1 stəkan su
  • 1,5 – 2 stəkan süd
  • 1 çay qaşığı kərə yağı
  • duz-istiot ( zövqə görə çox az muskat qozu da əlavə edə bilərsiniz)

Hazırlanma qaydası:

Çayı hazırlamaq üçün 1 stəkan südü orta ölçülü bir qazana töküb qaynadın. Daha sonra içərisinə 1 paket və ya 1 xörək qaşığı qara çayı əlavə edin. Bu şəkildə bir neçə dəqiqə daha bişirin və çayın rəngini və ləzzətini suya verməsini gözləyin. Qalan südü də yavaş-yavaş qarışdıraraq əlavə edin (südün çürüməməsi üçün dayanmadan qarışdırın!). Qarışığın yenidən qaynamağını gözləyin. Qaynadıqdan sonra ocaqdan götürün. Əgər paket çay deyil, quru çaydırsa onda südü süzərək xəkəsindən ayırın. Südlə dəmlənən çayınızı bir kasaya və ya fincana tökün. Üzərinə 1 çay qaşığı  kərə yağını əlavə edib qarışdırın. Son olaraq istiot və duzunu da əlavə edib isti-isti için. Bu qədər asan!

Noqay çayının faydaları nələrdir?

Noqay çayı
Noqay çayı
  • -Nogay çayı qrip, soyuqdəymə kimi bir çox qış xəstəliyinin sağalma prosesini sürətləndirir.
  • -Boğaz ağrılarını qısa müddətdə yox edir.
  • -Yenə bu xəstəliklərə bağlı olaraq yaranan və bitmək bilməyən öskürəyi kəsməkdə köməkçi olur.
  • -Bəlğəm gətirən təsirlər göstərdiyi də məlumdur.
  • -İçindəki istiotdan aldığı güclə bu dövrlərdə baş verən nəfəs almaq probleminin də qarşısını alır, nəfəs yollarındaki tıxanıqlıqları aradan qaldırır.
  • -Bu qısa müddətli təsirlərindən başqa, noqay çayı mütəmadi olaraq istifadə edildikdə immunitet sisteminin də güclənməsinə köməkçi olur.
  • -Bu sayədə də təkcə qış xəstəliklərinə qarşı deyil bir çox xəstəliyə qarşı bədəni qoruyucu təsir göstərir.
  • -Nizamlı istifadəsində dəri sağlamlığına da müsbət təsirlərinin müşahidə olunduğu deyilir.
  • -Xüsusilə dərisi quru olanların dərilərinin nəmləndirilməsinə köməkçi olur.
  • -Dəri quruluğu səbəbindən yaranan və ya soyuq havalarda hamımızın başına gələn dəri problemlərinin qarşısını alır.

Vacib qeyd: Noqay çayı, vərdiş etmədiyimiz bir içki növü olduğundan, əgər ciddi bir narahatlığınız varsa, bu çayın reseptində allergiya yaradacaq məhsullar varsa mütləq həkiminizlə məsləhətləşərək istifadə edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir