Faydalı Ramazanda Qidalanma

Ramazanda Yediyimiz Qidaların Faydaları

Mütəxəssislər xüsusilə ramazan ayında istifadə edilən süfrələrin əvəzolunmazı xurma, şorba, yumurta, qatıq kimi qidaların bir çox faydası olduğunu söyləyir. Bəs Ramazanda yediyimiz qidaların faydaları nələrdir? Evdar.az hansı qidann nə qədər faydalı olduğu haqqında araşdırmanı təqdim edir.

XURMA

Qidalandırıcı dəyəri, vitamin və mineral məzmunu zəngin, yaxşı bir lif qaynağıdır. Desert əvəzinə istifadə edilir. Xurma fol turşu, maqnezium, kalium, fosfor, dəmir və natrium ehtiva edir. Yorğunluğu azaldır, qan azlığına yaxşı təsir edir. Ana südünü artırıcı təsiri var. Həzmi asanlaşdırır, qəbizliyə yaxşı təsir edir. Yüksək lifli quruluşuna görə məzmunundakı şəkərin qana qarışma müddəti uzundur. Xurma toxluq hissi verir.

ŞORBA

Mətbəximizin əvəzolunmazı olan şorbalarımız Ramazan ayında da faydalarını iki qat art;raraq süfrələrimizdə iştirak edir. Yeməyin başlanğıcında içilən şorba sürətli yemək yeməyimizə mane
olub, toxluq siqnallarının beynə çatmasına kömək edir və iştaha nəzarət edir. Uzun müddət davam edən aclıqdan sonra çox yeməyin qarşısını alır. Həzm problemlərinə köməkçi olur, mədəni rahatlaşdırır və qəbizliyə yaxşı təsir edir. Toyuq suyu, mərcimək, tərəvəz şorbaları həzmin dostudur.

YUMURTA

Bir çox vitamin və mineral ehtiva etməklə yanaşı ən keyfiyyətli zülaldır. Uzun müddət tox tutan qidaların ən birinicisidir. Beyni gücləndirir, göz sağlamlığını qoruyur, bədən müqavimətini artırır. Zəngin selenin xüsusiyyəti sayəsində xərçənglə mübarizədə və tiroid xəstələrinin dəstəkçisidir.

QATIQ

Bağırsaq sağlamlığını qoruyan ən əsas qidalardan biridir. Təzyiqi nizamlayır, əzələ inkişafını dəstəkləyir. Xolesterin dəyərlərini tarazlaşdırır. Qatığa qatılan yaş nanə gün ərzində ehtiyyacınızı azaldır. Xiyar da su dəyəri yüksək qidalar arasındadır.

ƏDVİYYATLAR

Zərdəçal iştahı azaldır, zirə köp problemini aradan qaldırır və toxluq hissi verir. Darçın və mixək qan şəkərini tarazlayır , istiot və zəncəfil immunitet sisteminizi dəstəkləyir, kəklikotu isə həzmi asanlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir