Ənənəvi İtalyan Peçenyesi Susumelle

Yields: 1 Serving

Yağsız və yumurtasız darçın ləzzəti olan dadlı italyan peçenyesi “Susumelle”. Eyni zamanda ağızda əriyən və yumşaq, şokoladlı qlazurla örtülmüş peçenye böyükdən kiçiyə hər kəsin sevimli şirniyyatıdır. Evdar.az ənənəvi italyan peçenyesi Susumellenin reseptini təqdim edir.

Tərkibi:

  • 500 qr un
  • 200 qr şəkər tozu
  • 10 qr tünd kakao
  • 200 qr bal
  • 60 qr süd
  • 40 qr su
  • 8 qr darçın tozu
  • 16 qr (1 paket) qabartma tozu

Üzəri üçün plitka şokolad

Hazırlanma qaydası:

Kiçik bir qazana bal və suyu töküb zəif ocaqda qarışdıraraq isidin. Başqa bir qaba unu, qabartma tozunu və kakaonu ələyin. Üzərinə darçın tozu, şəkər tozu və otaq temperaturunda olan südü əlavə edin. İsitdiyiniz ballı suyu da az-az əlavə edərək əllə qarışdıraraq xəmir əldə edin. Xəmiri azca unlanmış dəzgahın üzərində oxlovla 1 sm qalınlığında yayın. Təxminən 9 sm uzunluğunda bir oval xəmir kəsicidən istifadə edərək kəsin. Xəmirləri spatulayla ehtiyyatla götürərək yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Əvvəlcədən 190 dərəcə qızdırılmış sobada təxminən 15 dəqiqə bişirin. Bişirdiyiniz peçenyeləri dəmir tortun üzərində soyudun. 

Şokolad xırdalayıb su hamamında və ya mikrodalğalı sobada əridin. Soyuyan peçenyenin yalnız üst hissəsini əririlmiş şokolada batırın. Bu qaydayla bütün peçenyeləri şokolada batırıb dəmir torun üzərinə otaq temperaturunda bərkiməsi üçün yerləşdirin. Üzəri üçün ağ şokoladdan və meyvə qurusundan istifadə edə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir