Ətirli Çiyələkli Ürək Piroqu

Yay aylarının əvəzolunmaz meyvəsi sayılan çiyələk, dadı ilə yanaşı insan sağlamlığına da bir çox faydası var. Çiyələk orqanizm üçün vacib və lazım olan C vitamin ilə zəngindir. Gözün sağlamlığını qoruyur, qanı təmizləyir və dərini yeniləyir..Əsl yay fəslinə uyğun reseptdir, xüsusilə, təzə çiyələklə hazırlandıqda dadına doymaq olmur. Evdar.az çiyələkli ürək piroqunun reseptini təqdim edir. Tərkibi:
  • 3-4 stəkan doğranmış çiyələk
  • dondurulmuş qat-qat xəmir
  • 1/2 stəkan şəkər tozu
  • 1/2 stəkan su
  • 3 xörək qaşığı qarğıdalı nişastası
  • 1 yumurta sarısı
Hazırlanma qaydası: İlk öncə çiyələkləri doğrayıb üzərinə şəkər tozunu əlavə edin. Orta ölçülü qazanda suyu, kraxmalı və şəkərli çiyələyi zəif odda təqribən 10 dəqiqə qaynadın. Bu müddətdə qat-qat xəmiri oxlovla yayın, ürək formalı qəliblə kiçik-kiçik ürəklər kəsin. Piroq qəlibinin alt qisminə qat-qat xəmirin birini sərin, üzərinə soyumuş çiyələkli içliyi töküb yayın. Kəsdiyiniz ürəkləri şəkildə gördüyünüz formada aralıqsız çiyələyin üzərinə düzün. Düzdüyünüz ürəklərin üzərinə yumurta sarısı çəkib şəkər tozu səpin. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada üzərləri qızaranadək 20 dəqiqə bişirin.
Nuş Olsun!
Servings: 1 yield(s)