Ətirli və Turşməzə Heyvalı Toyuq Yeməyi

Toyuq yeməyi sevənlər heyva və zəfəran souslu dadlı yemək hazırlaya bilər. Evdar.az heyvalı dadlı toyuq yeməyinin reseptini təqdim edir. Tərkibi:
  • 4 ədəd orta ölçülü heyva (təxminən 1 kq)
  • 6 xörək qaşığı bitki yağı
  • 1 çay qaşığı zəfəran
  • 1,5 kq toyuq budu (və ya bud dibi, döş əti)
  • 1 ədəd soğan
  • 2 xörək qaşığı tomat
  • 1/2 stəkan su
  • 10 ədəd qara gavalı
  • duz, istiot zövqə görə
Hazırlanma qaydası: İlk öncə heyvanın qabığını soyun, cecəyini kəsib götürün. Qabığını soyduğunuz heyvanı dilimləyin. Orta ölçülü qazanda 3 xörək qaşığı bitki yağını qızdırın. Tavaya dilimlənmiş heyvanı töküb arabir qarışdıraraq 5 dəqiqə bişirin. Üzərinə zəfəranı da əlavə edib 5 dəqiqə daha qovurun və ocaqdan götürün. Dərin bir qazana 3 xörək qaşığı bitki yağını tökün və toyuq budlarını yağda 5 dəqiqə arabir qarışdırara qızardın. Soğanı doğrayıb toyuğun üzərinə əlavə edin və 6-7 dəqiqə qovurun. 1/2 stəkan suya 2 xörək qaşığı tomat əlavə edib qarışdırın. Soğan suyunu salıb yumşaldıqda üzərinə suda həll olunmuş tomatı əlavə edib 10-15 dəqiqə bişirin. 15 dəqiqə sonra üzərinə yağda bişirdiyiniz heyvanı və 10 ədəd gavalı qurusunu əlavə edin. Gavalı qurusunu limon suyuyla əvəz edə bilərsiniz. Zövqə görə duz və istiot əlavə edin. Ocağı zəiflədib,qazanın qapağı örtülü şəkildə 30 dəqiqə bişirin. Yumşaq ətli, ətirli və turşməzə yemək ortaya çıxacaq. Yeməyi servis boşqabına töküb süfrəyə verə bilərsiniz. Yanına qarnir olaraq süzülmüş düyü və ya kartof püresi verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)