Ətsiz, Bol Göyərtili Yarpaq Dolması

Süfrələrin bəzəyi olan yarpaq dolmasını ət olmadan da təzə göyərtilərin, təzə yarpaqların bol olduğu yaz aylarında hazırlaya bilərsiniz. Evdar.az bol göyərtili yarpaq dolmasınn reseptini təqdim edir. Tərkibi:
  • 1 dəstə nanə
  • 1 dəstə kəvər
  • 1 dəstə şüyüd
  • 1 dəstə göy soğan
  • 1 dəstə keşniş
  • 1 stəkan düyü
  • 3 ədəd soğan
  • 200 qram əridilmiş kərə yağı
  • 150 ml su
  • istiot, sarıkök, duz
  • üzüm yarpağı (tənək)
Hazırlanma qaydası: İlk öncə göyərtiləri yaxşıca yuyub süzün. Göyərtini düzgün yumağın qaydasını bu məqaləmizdən oxuya bilərsiniz..Daha sonra göyərtiləri xırda doğrayıb dərin bir qaba tökün. Yuyulmuş düyünü də göyərtilərə əlavə edib. Soğanı xırda doğrayıb üzərinə duz töküb qarışdırın. Suyu çıxan soğanları sıxıb göyərtilərin üzərinə əlavə edin. Duz, istiot, sarıkök və əridilmiş kərə yağı töküb qarışdırın. Yarpaqları açıb içlikdən 1 dolu qaşıq qoyub bükün. Bu qaydayla iri halda bükülən dolmaları qazana düzün. Üzərinə 150 ml su töküb vam odda bişirin. Bişən dolmaları süfrəyə sarımsaqlı qatıqla birlikdə verə bilərsiniz.  Üzüm yarpağının qışa saxlamağın üsullarını məqalədən oxuyun..
Nuş Olsun!
Servings: 1 yield(s)