10 Dəqiqəyə Karamel Bowl Deserti

Bowl, Avropa ölkələrində tez-tez istifadə edilən bir desert növüdür. Ümumiyyətlə quru meyvə və çərəzlərlə  hazırlanan bu  desert pəhriz siyahılarına da uyğundur. Evdar.az hazırlanması yalnız 10 dəqiqə olan "bowl"  desertinin reseptini təqdim edir. Tərkibi:
  • bir çimdik darçın
  • 2 ədəd donmuş banan
Üzəri üçün:
  • 1 çay qaşığı fıstıq əzməsi
  • qranola
Hazırlanma qaydası: İlk öncə bananı 2 saatlıq soyuducunun dondurucu rəfinə yerləşdirin və donmasını gözləyin. Daha sonra donmuş bananın üzərinə darçın töküb mətbəx robotuyla yaxşıca qarışdırın. Qatı bir konsistensiyaya gəldikdə geniş bir kasanın içərisinə tökün. Qarışığın üzərinə bir çay qaşığı fıstıq əzməsi əlavə edib qarışdırın. Qranolanı kiçik tikələrə bölün və üzərinə səpin. QEYD:
  • Əgər bananları 2 saatdan çox gözlətmisinizsə və çox sərtləşibsə qarışığa süd əlavə edərək yumşalda bilərsiniz.
  • Karamel bowl desertini dadlandırmaq üçün  quru meyvə, böyürtkən və çiyələk dilimləri də əlavə edə bilərsiniz.
  • Hazırladığınız karamel bowlu qranola əvəzinə keşyu,  fındıq kimi çərəzlərlə zənginləşdirə bilərsiniz.
Karamel bowl desertinin bir boşqabı təxminən 260 kaloridir. Qəlyanaltılarda meyvə əvəzinə karamel bowlu istifadə edə bilərsiniz. Çəkisinə nəzarət edənlər ölçülü bir şəkildə istifadə etməsi tövsiyyə olunur.
Nuş Olsun!
Servings: 1 yield(s)