10 Dəqiqəyə Tavada Kartof Pizzası

Hər kəsin asanlıqla hazırlayaca biləcəyi ləzzətli pizza resepti. Ancaq bu pizza üçün xəmir yoğurmağa ehtiyac yoxdur. Evdar.az 10 dəqiqəyə tavada kartof pizzasının reseptini təqdim edir. Tərkibi:
  • 2 ədəd yumurta
  • 700 qr qabığı soyulmuş kartof
  • 2 xörək qaşığı un
  • 3-4 diş sarımsaq
  • duz, istiot
  • 3 xörək qaşığı xama
  • 1 çay qaşığı Dijon xardalı
  • 200-250 qr hisə verilmiş ovçu kolbasası
  • 2 ədəd orta ölçülü soğan
  • 1 şirin bolqar bibəri
  • 150 qr çerri pomidoru
  • 170 qr bərk pendir
  • bir neçə budaq yaşıl soğan
  • bitki yağı
Hazırlanma qaydası: İlk öncə soğanları yarım halqa şəklində doğrayın və tavada yüngülcə qovurun.Doğranmış bolqar bibəri əlavə edib bir neçə dəqiqə bişirin. Doğranmış kolbasa da əlavə edib qarışdırın və ocağın altını söndürün. Kartofu mətbəx kombaynından (və ya rəndənin iri gözündən) keçirin. Bir qaba kartof, əzilmiş sarımsaq, yumurta, un, duz və istiot əlavə edib yaxşıca qarışdırın. Tavanı 2 xörək qaşığı bitki yağıyla yağlayın. Kartoflu kütləni yağlanmış tavaya yayın, zəif ocaqda təxminən 5 dəqiqə bişirin. Bir qabda xama və xardalı qarışdırın. Pendiri rəndələyin və pomidorları yarı bölün. Tavada bişən kartofu çevirin və 2-3 dəqiqə sonra bişən kartofa xamalı-xardallı sous yaxın. Bibərli-kolbasalı qarışığı sousun üzərinə yayın. Yarı bölünmüş pomidorları  düzün, rəndələnmiş pendir və doğranmış göy soğan səpin. Ocağı zəiflədin, tavanın qapağı bağlı pendir əriyənədək bişirin.
Qeyd: Bu resept 3-4 porsiya üçün nəzərdə tutulub. Nuş Olsun!
Servings: 1 yield(s)