12 Saata Mineral Suda Xiyar Turşusu

Süfrəmizin ən arzuolunan təamlarından olan xiyar turşusunu yemək üçün 1 ay gözləmək lazım deyil. 12-14 saata az duzlu mineral suda xiyar turşusu hazırlaya bilərsiniz. Evdar.az mineral suda xiyar turşusunun reseptini təqdim edir. Tərkibi:
  • 1 kq xırda xiyar
  • 1 litr qazlı mineral su
  • 2 xörək qaşığı duz
  • 3 diş sarımsaq
  • 1 dəstə şüyüd
Hazırlanma qaydası: Xiyarları və şüyüdü yuyub suyunu süzün. Bankanın dibinə şüyüdün yarısını yerləşdirin. Yuyulmuş xiyarların hər iki tərəfini kəsin. Şüyüdün üzərindən xıyarları sıx yerləşdirin. Xiyarın üstünə şüyüdün ikinci yarısını və xırda doğranmış sarımsağı qoyun. Ayrı qabda duzu mineral suda həll edin. Hazırladığınız duzlu suyu xiyarların üzərinə əlavə edin. Su xiyarların üstünü örtməlidir. Bankanın qapağını bağlayıb soyuducuya yerləşdirin. Xiyar turşusu 12 -14 saatdan sonra hazırdır.
Nuş Olsun!
Servings: 1 yield(s)