15 Dəqiqəyə Darçınlı İsti Şokolad

Səhər özünüzü dadlı bir şeylə əzizləmək qərarına gəlsəniz, mütləq bu reseptə diqqət yetirməlisiniz. Biz sizə darçınlı isti şokolad hazırlamağı təklif edirik. Vaxtınızın cəmi 15 dəqiqəsini sərf edərək özünüz və sevdikləriniz üçün ən buludlu səhəri belə işıqlandıracaq dadlı, ətirli içki hazırlayacaqsınız. Evdar.az darçınlı isti şokoladın reseptini təqdim edir. Tərkibi:
  • 250 ml süd
  • 50 ml qaymaq
  • 20 qr südlü şokolad
  • 50 qr tünd şokolad
  • darçın zövqə görə
  • çimdik duz
Hazırlanma qaydası: Kiçik bir qazana yüksək yağ faizi olan bir stəkan soyuq süd tökün. Dərhal süd olan qazana qaymağı da əlavə edin. Qaymağın yağ tərkibi ən azı 33% olmalıdır. Südlü şokoladı soyuq südı əlavə edin. Qeyd edək ki, bir çox başqa reseptlərdən fərqli olaraq, şokoladları isti südə yox, soyuq südə əlavə edilməlidir. Tünd şokoladı da əlavə edin. Şokoladda kakao faizi nə qədər çox olarsa, içkiniz bir o qədər dadlı olar. İçkiyə bir çimdik duz əlavə edin. Qazanı ocağa qoyub davamlı qarışdıraraq, şokolad süddə tamamilə həll olunana qədər içkini qızdırın. İçki qaynar olduqda dərhal ocağı söndürün. Blender köməyi ilə köpük görünənə qədər içkini qarışdırın. Hazır içkini porsionluq stəkanlara tökün, üzərinə üyüdülmüş darçın səpin. Köpüyün çökməməsi üçün içkini hazırladıqdan dərhal sonra süfrəyə verin.
Nuş Olsun!
Servings: 1 yield(s)