2 Günə Hazır Olan Pərpətöyün Turşusu

Tərkibində A, B1, B2, K, PP vitaminləri, üzvi turşular, qlükoza, saxaroza, zülallar, qlaktoza, kalsium duzu, kalium, maqnezium, manqan və digər faydalı maddələrlə zəngin olan pərpətöyündən dadlı yemək, salat , şoraba hazırlanır. Evdar.az faydalı bitkidən hazırlanan dadlı turşunun reseptini təqdim edir. Tərkibi: 3 lirtlik balon üçün
  • 7 dəstə pərpətöyün
  • 2 ədəd qənd
  • 6 diş sarımsaq
  • 3 xörək qaşığı duz
  • 1 stəkan (200 ml) sirkə
  • qaynar su
Hazırlanma qaydası: Pərpətöyünləri yaxşıca yuyub suyunu süzün. Balona pərpətöyünlərin yarısını yerləşdirin. Aralarına sarımsaqların yarısını əlavə edin. Qalan pərpətöyünləri balona dolana qədər yerləşdirin. Sarımsaqları və qəndi də üzərinə qoyun. Balona sirkəni və 2 xörək qaşığı duzu da əlavə edin. Qaynar suyu dolana qədər töküb ,balonun qapağını yaxşıca bağlayın. Balonu dəzgaha əyib nehrə kimi çalxalayın ki, sirkə hər tərəfinə qarışsın. Hazırladığınız şorabanı 2 günə də açıb yeyə bilərsiniz.Və ya qapağını açmadan qışa saxlaya bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)