3 Günə Hazır Olan Möhtəşəm Viktoriya Tortu

Yields: 1 Serving

İngiltərə kraliçası Viktoriyanın adını daşıyan çiyələkli zərif Viktoriya tortu, qeyri-adi dadı və görünüşü ilə çoxlarını ovsunlayır. Evdar.az hazırlamaq üçün 3 gün vaxt tələb edən dadlı Viktoriya tortunun reseptini təqdim edir.

Tərkibi:

Biskvit üçün:

  • 250 qr kərə yağı
  • 250 qr şəkər tozu
  • 250 qr un
  • 8 qr qabartma tozu
  • 4 ədəd yumurta
  • 1 xörək qaşığı limon rəndəsi

Çiyələkli çizkeyk üçün:

  • 250 qr kəsmikli pendir
  • 94 qr şəkər tozu
  • 9 qr qarğdıalı nişastası
  • 1/2 ədə yumurta
  • 43 qr 33-35 % qaymaq
  • 65 qr çiyələk püresi

Çiyələkli marmelad üçün:

  • 380 qr çiyələk püresi
  • 3 ⅕ qr aqar-aqar
  • 100 qr şəkər tozu

Biskviti islatmaq üçün:

  • 50 qr şəkər tozu
  • 50 qr su
  • 1 ədəd limon

Qaymaqlı-kəsmikli krem üçün:

  • 600 qr kəsmikli pendir (Hohland və ya Almette)
  • 120 qr 33-35 % qaymaq
  • 85 qr şəkər kirşanı

Hazırlanma qaydası:

Bu tort minimum 2 və ya 3 günə hazırlanır. 1-ci gün biskviti bişirib, çizkeyki və marmeladı hazırlanır. 2-ci gün kremini hazırlayıb, siropu bişirib tortu yığıb bəzəyə bilərsiniz.

Biskviti hazırlamaq üçün otaq temperaturunda yumşaldılmış kərə yağı və şəkər tozunu mikserlə 5-7 dəqiqə çırpın. Üzərinə yumurtanı bir-bir əlavə edib yaxşıca çırpın. Başqa bir qabda unu və qabartma tozunu qarışdırın. Quru qarışığı ələyərək yumurtalı kütləyə az-az əlavə edib tel çırpıcıyla ehtiyyatla qarışdırın. Üzərinə limonu rəndələyib əlavə edin. Diametri 18 sm olan dairəvi qəlibi soyuq kərə yağıyla yağlayın və unlayın. Xəmirin 1/2 hissəsini qəlibə töküb əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin. Bişən korju qəlibdən çıxarıb 5-10 dəqiqə dəmir torun üzərində soyudun. Xəmirin qalan hissəsini də bişirib soyudun. Yaxşıca soyuyan biskviti streç salafana büküb 3 saatlıq soyuducuya yerləşdirin.

Çiyələkli çizkeyki hazırlamaq üçün çiyələyi soyuducunun dondurucu rəfinə yerləşdirin. Daha sonra çiyələkləri blenderlə püre halına gələnə qədər əzin. Mikserin qabına kəsmikli pendir, şəkər tozu və qarğıdalı nişastasını töküb mikserin ən aşağı sürətiylə qarışdırın. Üzərinə yumurtanın yarısını əlavə edib qarışdırın. Qaymağı da əlavə edib qarışdırın. Daha sonra çiyələkli püreni (65 qr) də əlavə edib qarışdırın. Çizkeyk kütləsi hazırdır. Diamterio 18 sm olan dairəvi qəlibin kənarlarına folqa kağızını bükün. Formanı yağlamadan kütləni tökün. Formanı dərin soba sinisinə yerləşdirin və siniyə çikeykin 1/2 hissəsinə çatacaq qədər su tökün. Əvvəlcədən 170 dərəcə qızıdırılmış sobada təxminən 1 saat bişirin. Bişən çizkeyki yaxşıca soyudun və qəlibi soyuducuya 1 gecəlik yerləşdirin (üzərindən folqa kağızını çıxara bilərsiniz).

Çiyələkli marmeladı hazırlamaq üçün çiyələk püresini (çiyələkli çikeyk üçün hazırladığınız püredən 65 qr istifadə edib, 380 qr-ını marmelad üçün saxladığınız) bir qazana töküb ocağa qaynamağa qoyun. Şəkər tozu və aqar-aqarı qarışdırıb az-az qaynayan püreyə əlavə edib tel çırpıcıyla qarışdırın. 2 dəqiqə qarışdırıb ocaqdan götürün. Daha sonra qaynar marmeladı silikon formaya və 18 sm-lik dairəci qəlibə töküb 3-4 mm qalınlığında yayın. 1 saatlıq soyumağa qoyun və yaxşıca soyuduqdan sorna 1 gecəlik soyuducuya yerləşdirin.

2-ci gün siropu hazırlamaq üçün bir qazanda su, şəkər tozu və limon suyunu töküb ocağa qoyub qaynadın. Daha sonra soyuması üçün kənara qoyun.

Kremi hazırlamaq üçün çox soyuq olan qaymağı mikserlə yaxşıca çırpın. Üzərinə kəsmikli pendir və şəkər kirşanı töküb yaxşıca çırpın. Krem hazırdır!

Soyuducuda saxladığınız biskvitləri 2 hissəyə bölün, 4 ədəd korj alınacaq. Tort qabına korjun birini qoyub üzərini mətbəx fırçasıyla siropla isladın. Kremi konditer torbasına töküb isladılmış korjun üzərinə spiralvari krem sıxın. Daha sonra hazırladığınız marmeladı dairəvi şəkildə kəsib kremin üzərinə yerləşdirin. Üzərinə yenə krem sıxıb ikinci korju yerləşdirin. Korjun üzərinə çizkeyki də yerləşdirib 3-cü korju qoyun. Yenidən siropla isladıb kremləyin. Qalan marmeladı da qoyub kremləyin. Ən sonda 4-cü korju da qoyub tortun hər tərəfini kremləyib hamarlayın. Tortu soyuducuya 1 gecəlik qoyun. 3-cü gün soyuducudan tortu çıxarıb zövqə görə parlaq qlazurlu musslu fiqurlarla, təzə çiyələk və nanə yarpaqlarıyla sadə bəzəyə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir