5 Dəqiqəyə Dadlı Limonlu Desert

Desert sevənlər üçün cəmi 5 dəqiqəyə hazır olan bişməyən və dadlı desert. Ətirli və dadlı limonlu desert xüsusi desert stəkanlarında hazırlayıb əzizlərinizi sevindirə bilərsiniz. Evdar.az cəmi 5 dəqiqəyə hazırlanan limonlu desertin reseptini təqdim edir. Tərkibi:
  • 200 qr peçenye
  • 2 ədəd limon
  • 200 ml qatılaşdırılmış süd
  • 200 ml 33%-lik qaymaq
Hazırlanma qaydası: İlk öncə peçenyeni salafan paketə töküb bağlayın. Oxlovla əzərək xırdalayın. Bir qabda qaymaq və qatılaşdırılmış südü mikserlə yaxşıca çırpın. Daha sonra 2 ədəd limonun suyunu sıxıb kremə əlavə edib çırpmağa davam edin. Desert stəkanına əzilmiş peçenyedən 1-2 qaşıq töküb yayın. Üzərinə 1 qaşıq krem töküb yayın. Yenidən 2-ci qat peçenye və krem yayın. Üzərini limon rəndəsiylə bəzəyib 1 saatlıq soyuducuya yerləşdirin. Daha sonra süfrəyə verib əzizlərinizlə paylaşa bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)