6 Günə Hazır Olan Göy Pomidor Turşusu

Turş dada malik olan göy( kal, yaşıl)  pomidor ümumiyyətlə turşu istehsalında istifadə edilir. Yaşıl pomidordan 6 günə yeyə biləcəyiniz dadlı turşu hazırlaya bilərsiniz. Evdar.az göy pomidor turşusunun reseptini təqdim edir. Tərkibi:
  • 1,5 kq göy pomidor
  • 20 diş sarımsaq
  • 1 dəstə nanə
  • 1 dəstə cəfəri
  • yarım dəstə kərəviz
  • 1 dolu xörək qaşığı + yarım xörək qaşığı duz
  • 1 çay qaşığı şəkər tozu
  • 1 çay qaşığı sirkə
Hazırlanma qaydası: İlk öncə pomidorları yaxşıca yuyub orta ölçülü kub formasında doğrayın. Sarımsaqları da təmizləyib istədiyiniz ölçüdə doğrayın. Göyərtiləri də yaxşıca yuyub süzün və xırda doğrayın. Bir qazana doğranmış pomidor, sarımsaq və göyərti tökün. Üzərinə duz əlavə edib qarışdırın. Qazanın üzərinə qapaq qoyub 6 saatlıq kənarda saxlayın ki, suyunu buraxsın. Və ya gecədən hazırlayıb səhər davam edə bilərsiniz. Bankalara hazırladığınız pomidorları bölüşdürüb doldurun. Pomirodun suyunu da hər bankalara bölüşdürün. Ən sonda bankalara 1 çay qaşığı şəkər tozu və 1 çay qaşığı sirkə əlavə edib bankalar dolana qədər soyuq su doldurun. Qapaqlarını bağlayıb çalxalayın ki, yaxşıca qarışsın. Bankaları sərin yerdə saxlayıb 6 gündən sonra açıb yeyə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)