Ağızda Əriyən Mayalı Blinçik

Bişirdiyiniz blinçiklərdən fərqli olaraq mayalı xəmirlə hazırlanan bu dadlı blinçik ağızda əriyir. Evdar.az zərif mayalı blinçik reseptini təqdim edir. Tərkibi:
  • 300 ml süd
  • 200 ml su
  • 300 qr un
  • 60 qr şəkər tozu
  • 3 ədəd yumurta
  • 70 ml bitki yağı
  • 7 qr quru maya
  • 1 çay qaşığı duz
Hazırlanma qaydası: İlk öncə yumurtanı şəkər tozuyla yaxşıca çırpın. Çırpmağa davam edərək üzərinə isti südü əlavə edin. Daha sonra bitki yağı, maya, duz və unu əlavə edib qarışdırın. Üzərinə isti( lakin qaynar olmayan) suyu töküb yaxşıca qarışdırın. Qabın üzərini streç salafanla örtün və 60 dəqiqə isti bir yerə qoyun. Daha sonra xəmiri qarışdırın ki, havası çıxsın və 30 dəqiqə daha mayalanmağa qoyun. Tavanı bitki yağı ilə yağlayıb yaxşıca qızdırın. Xəmirdən çömçə qaşıqla tavaya töküb bərabər şəkildə yayın və hər iki tərəfi qızılı rəng olana qədər bişirin. Bu qaydayla xəmir qurtarana qədər bişirin.
Nuş Olsun!
Servings: 1 yield(s)