Ağızda Ləzzətli Dad Yaradan Südlü Soyuq Paxlava

Yields: 1 Serving

Şokolad, süd və fıstığın bənzərsiz görüşü ilə mükəmməl dadına çatan soyuq paxlava, dadına görə deyil, həm də şərbətli şirniyyatlara nisbətən daha yüngül olduğu üçün dadan hər kəsi valeh edir. Damaqda əriyən və ağızda ləzzətli bir dad yaradan soyuq paxlava ləzzətinin sirri, şübhəsiz ki, südlə hazırlanan şərbətdədir. Evdar.az südlü soyuq paxlava reseptini təqdim edir.

Tərkibi:

  • 1 litr süd
  • 4 stəkan şəkər tozu
  • 800 qr paxlavalıq yuxa
  • 200 qr marqarin
  • 1 stəkan duru yağ

Üzəri üçün:

  • 1 ovuc yaşıl fıstıq ləpəsi, fındıq və ya qoz ləpəsi
  • 1 xörək qaşığı kakao
  • 1 paçka şokolad

Hazırlanma qaydası:

Bir qazana süd və şəkər tozu töküb ocağa qoyun. Şəkər tozu əriyənə qədər qarışdırın. Qaynamağa başladıqda bir dəqiqə zəif ocaqda qaynadıb ocaqdan götürüb soyudun. Başqa bir qazanda kərə yağını əridib ocaqdan götürün. Üzərinə yığılan kəfi yığıb atın. Daha sonra ərinmiş kərə yağının üzərinə duru yağı da əlavə edib qarışdırın. Yuxaları dəzgahın üzərinə açıb sininin ölçüsündə kəsin. Daha sonra sinini yağlayıb 2 qat yuxa sərin. Hər qata az-az yağdan səpin. Yuxaları bu qaydayla siniyə düzüb ara qatlarına bol çəkilmiş və ya çox xırda doğranmış fıstıq, qoz və ya fındıq ləpəsini səpin. Ən sonda iti bir bıçaqla paxlavanı dilimləyib qalan yağı da üzərinə gəzdirin. Daha sonra əvvəlcədən 160 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər bişirin. Sobadan çıxartdıqdan 3-4 dəqiqə sonra soyuyan südlü şərbəti də üzərinə gəzdirin. Kənarda saxladıqdan sonra süfrəyə verdikdə üzərinə ilk öncə kakao səpib rəndələnmiş şokolad və yaşıl Antep fıstığıyla süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir