Azərbaycanın Dadlı Və Faydalı Yeməyi Cırdala

Azərbaycanın bölgələrində bu dadlı və faydalı yeməyə "Cırdala", "Balva", "Bomba", "Buğlama" kimi fərqli adlar verilib. Evdar.az əməköməci və boyanadan hazırlanan cırdalanın reseptini təqdim edir. Tərkibi:
  • 2 dəstə əməköməci
  • 2 dəstə boyana (razyana)
  • 6-7 ədəd alça turşusu
  • 0,5 stəkan yumru düyü
  • 3 xörək qaşığı kərə yağı
  • duz , istiot
  • 1-2 ədəd yumurta
  • 4 stəkan qaynadılmış su
Hazırlanma qaydası: İlk öncə göyərtini təmizləyib,yuyub doğrayın. Qazana 2 stəkan su, doğranmış göyərti, yarım halqa doğranmış soğan, alça turşusu, düyü və duz , istiot əlavə edib orta odda bişməyə qoyun (heç qarışdırmayın!). Düyü bişib suyu çəkilənə yaxın yağ əlavə edib 5 dəqiqə qovurun. Daha sonra 2 stəkan suyu əlavə edib, bir az da qaynadın. Bir qabda yumurtanı çırpın, qarışdıraraq yeməyə əlavə edin. Hazır yeməyi isti halda süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)