Azərbaycan Mətbəxinin Unudulmuş Təamı-Murqutuş

Murqutuş- Azərbaycanın unudulmuş qədim və dadlı yeməklərindən biridir. Dadı damağınızda qalacaq bu yeməyi hazırlayaraq süfrələrin əvəzolunmazı və unudulmaz edin. Evdar.az Lənkəran mətbəxinin dadlı yeməyi Murqutuşun reseptini təqdim edir. Tərkibi:
  • 1 ədəd kənd çolpası
  • 1 ədəd soğan
  • 2 dəstə cəfəri
  • 100 qr qoz
  • abqora və ya 0,5 limonun suyu
  • 150 qr kərə yağı
  • duz, istiot
  • zövqə görə yarım stəkan nar dənəsi
Hazırlanma qaydası: İlk öncə kənd çolpasını doğrayıb suda bişirin. Soğanı xırda doğrayıb tavada yağda qızılı rəng alana qədər bişirin. Cəfəriləri çox xırda doğrayıb qovrulmuş soğana əlavə edib qovurun. Üzərinə bişirdiyiniz toyuq tikələrini, duz və istiot əlavə edib 4-5 dəqiqə daha bişirin. Daha sonra xırda doğranmış qoz ləpəsi, limon suyu (və ya abqora) və bişirib süzdüyünüz toyuğun bulyonundan 1.5 stəkan əlavə edib 15 dəqiqə vam odda bişirin. Murqutuşu süfrəyə plovla verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)