Azərbaycan Mətbəxinin Unudulmuş Yeməyi-Şeşəndaz Plov

şazəndə plov
Yields: 1 Serving

Keçmişdə Abşeron əhalisinə xas olan Şeşəndaz  (Şazəndə)  unudulmuş yeməklərdəndir. Şeşəndaz həm ətsiz , həm də ət ilə hazırlanır. Bu plov adətən qışda varlı ailələrdə bişirilirdi. Evdar.az milli mətbəximizin unudulmuş yeməklərindən Şeşəndaz plovunun reseptini təqdim edir.

Şeşəndaz Plovun tərkibi:

  • 150 qr düyü
  • 50 qr ərinmiş kərə yağı
  • 2 ədəd yumurta
  • 100 qr soğan
  • 0,5 qr limon duzu
  • 5 qr şəkər tozu
  • 0,1 qr zəfəran
  • 0,2 qr darçın
  • duz, istiot

Şeşəndaz Plovun hazırlanma qaydası:

İlk öncə soğanı halqa doğrayın. Doğradığınız soğanı tavada yağda qızardın. Üzərinə limon duzu və şəkər tozu əlavə edib qarışdırın. Yumurtaları bir kasada çırpın. Çırpdığınız yumurtaları bişən soğanın üzərinə əlavə edib bişirin.

Düyünü suda yarım saatlıq isladın. Qazanda düyü üçün su qaynadın. Düyünü az duz tökülmüş suda bişirin. Bişirib süzdüyünüz düyünün aralarına zəfəran səpərək dəmə qoyun. Süfrəyə verdikdə plovun üstünə qayğanağı əlavə edin. Üzərinə əridilmiş kərə yağı və darçın səpin.

Qeyd: Şeşəndazı ətsiz bişirdikdə süfrəyə verdikdə üzərinə doşab və ya abqora tökə bilərsiniz. Ət ilə bişirildikdə doğranmış mal əti soğanla birlikdə qovrulmalıdır.

Nuş Olsun!

2 Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir