Azkalorili Tuna Balığı Salatı

Azkalorili və dadlı bir salat istəyənlər üçün mükəmməl seçimdir. Evdar.az tuna balığı salatının reseptini təqdim edir. Tərkibi:
  • 200 qr konservlşdirilmiş tuna (ton, tunes) balığı
  • 1 ədəd orta ölçüdə kahı
  • 3 ədəd pomidor
  • 200 qr konservləşdirilmiş qırmızı lobya
  • 100 qr qara zeytun
  • 1 ədəd qırmızı soğan
  • 3-4 budaq tərxun, nanə, reyhan
Sousu üçün:
  • 1/2 limonun suyu
  • 1 diş sarımsaq
  • 1 çay qaşığı xardal
  • 2 xörək qaşığı xama
  • 3 xörək qaşığı sızma zeytun yağı
Hazırlanma qaydası: İlk öncə qırmızı soğanı yarım halqa formasında doğrayın. Bir qabda soğanın üzərinə sirkə və su töküb marinə olunması üçün kənarda saxlayın. Kahı yarpaqlarını doğrayın, pomidorları da yarım halqa doğrayın. Sousu hazırlamaq üçün sarımsağı xırda-xırda doğrayın. Bir qabda doğranmış sarımsaq, xama, xardal, zeytun yağı və limon suyu töküb tel çırpıcıyla yaxşıca qarışdırın. Bir qabda doğranmış kahı, pomidor, diri halda tumsuz qara zeytun, yağı süzülmüş didilmiş tuna balığını, konservləşdirilmiş qırmızı lobya (və ya ev əraitində suda bişib,suyu süzülmüş lobya), doğranmış göyərti, marinə edilmiş,suyu sıxılmış soğanları da əlavə edib qarışdırın. Zövqə görə duz, istiot vurun. Hazırladığınız sousu da salatın üzərinə gəzdirib qarışdırın. Salat hazırdır!
Nuş Olsun!
Servings: 1 yield(s)