Bənzərsiz Dadı İlə Çiyələkli Dondurma

Çiyələk yay aylarında bol olan, xoş ətirli bir giləmeyvədir. Bir çox şirniyyatlara ləziz dad qatdığı kimi dondurmada da bənzərsiz olur. Evdar.az ləzzətli çiyələk dondurmasının reseptini təqdim edir. Tərkibi:
  • 200 qr orta yağlı qaymaq
  • 200 qr çox yağlı qaymaq
  • 150 qr şəkər tozu
  • 2 ədəd yumurta sarısı
  • 2-3 çay qaşığı limon suyu
  • 250 qr çiyələk
Hazırlanma qaydası: Bir qaba 20 %-li qaymağı və şəkər tozunu töküb ocağa qoyun. Şəkər tozu əriyənə qədər ocaqda qızdırın, lakin qaynatmayın. Ayrıca bir qabda yumurtanın sarılarını qarışdırın. Şəkər tozu əlavə edilmiş qaymaq qızdıqdan sonra onu yumurta sarılarının üzərinə əlavə edin və dayanmadan qarışdırın ki, yumurtalar çürüməsin. Alınan kütləni yenidən orta istilikdə ocağın üzərinə qoyun və aramsız qarışdıraraq 8-10 dəqiqə qatılaşana qədər qaynadın. Hazır olmuş kremi ələkdən keçirib digər qabda qoyduğunuz yağlı qaymağın üzərinə tökün və çalaraq qarışdırın. Çiyələyə limon suyu əlavə edərək blenderdə xırdalayın, püre halına gətirin və hazırladığınız kütlənin üzərinə tökün. Əgər sizin dondurma hazırlamaq üçün xüsusi aparatınız varsa hazırladığınız kütləni soyuducuda soyutduqdan sonra onun içərisinə tökün və aparatın təlimatında göstərildiyi kimi hazırlayın. Əgər dondurma hazırlamaq üçün xüsusi aparatınız yoxdursa onda kütlə ilə birlikdə qabı buzxanaya qoyun. 4 saat ərzində hər yarım saatdan bir qabı çıxarın və içərisindəki kütləni qabın kənarlarından sıyıraraq mikserlə çalın. Proses tamamlandıqdan sonra qabın qapağını bağlayın və soyuducuda saxlayın.
Nuş Olsun!
Конец переписки Введите сообщение...
Servings: 1 yield(s)