Bahar Qoxulu İtalyan Mimoza Tortu

Yazın simvolu Mimoza çiçəyi cazibədarlığı ilə bütün xanımların könlünü məst edir. Mart ayında çiçək açan Mimozanı xatırladan zərif, dadlı və ağızda əriyən İtalyan Mimoza tortunu bişirməyi təklif edirik. Evdar.az ləzzətli İtalyan Mimoza tortunun reseptini təqdim edir. Tərkibi:
  • 6 ədəd yumurta
  • 200 qr şəkər tozu
  • 200 qr un
  • limon rəndəsi
  • 4 qr sarıkök
Krem üçün:
  • 2 ədəd yumurta
  • 80 qr şəkər tozu
  • 40 qr qarğıdalı nişastası
  • 500 ml süd
  • 200 ml (33-35%) qaymaq
Ara qatları üçün konservləşdirilmiş ananas Hazırlanma qaydası: Biskviti hazırlamaq üçün bir qabda otaq temperaturunda olan yumurtaları mikserlə yaxşıca çırpın. Üzərinə az-az şəkər tozunu əlavə edərək çırpmağa davam edin. Ələnmiş unu da əlavə edib qarışdırın. Limon rəndəsi və sarkökü də əlavə edib yaxşıca qarışdırın. Diametri 22 sm olan soba sinisinə yağlı kağız sərin və xəmiri siniyə yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 40 dəqiqə bişirin. Bişən biskviti sinidən çıxarıb soyudun. Kremi hazırlamaq üçün bir qabda yumurtanı tel çırpıcıyla çırpın. Üzərinə şəkər tozu və nişastanı əlavə edib qarışdırın. Üzərinə südün yarısını əlavə edib qarışdırın. Qalan südü də az-az əlavə edərək dayanmadan qarışdıraraq zəif ocaqda qatılaşanadək bişirin. Bişən kremin üzərinə salafan sərin və soyuması üçün kənara qoyun. Qaymağı bir qabda mikserlə yaxşıca çırpın. Çırpılmış qaymaqla bişmiş kremi ehtiyyatla birləşdirib qarışdırın. Konservləşdirilmiş ananasları xırda doğrayın. Bişən biskviti 3 hissəyə ayırın. Biskvitin 2 ci orta hissəsini götürüb kənarlarını kəsin. Kiçik kublar formasında biskviti doğrayın. Qalan 2 korju da qalınlığına görə iki hissəyə ayırın. Tort üçün 4 korj olacaq. Tortu yığmaq üçün birinci korju boşqaba yerləşdirin. Üzərini konservləşdirilmiş ananasın suyuyla isladın. Krem yaxıb xırda doğranmış ananas səpin. Üzərinə ikinci korju örtüb kremləyib,ananas dilimlərini də səpin. Bu qaydayla qalan korjları da düzün.Axırıncı korju da yerləşdirib qalan kremi hər tərəfinə yaxın. Xırda doğranmış biskvitləri də tortun hər tərəfinə səpin. Tortu bir neçə saatlıq dincə qoyduqdan sonra dilimləyib süfrəyə verin.
Nuş Olsun!
Servings: 1 yield(s)