Bahar Təravətli Salat

İlin hansı vaxtı olursa olsun təzə göyərtilərlə ləzzətli salat hazırlayın. Bu salatın ətri baharın yaxınlaşdığını xatırladır. Evdar.az dadlı salatın reseptini təqdim edir. Tərkibi:
  • 1 dəstə turp
  • 3 ədəd yumurta
  • 1 dəstə şüyüd
  • yarım dəstə keşniş
  • 3-4 budaq yaşıl soğan
  • 100 qr xama
  • 200 qr kefir
  • duz, istiot zövqə görə
Hazırlanma qaydası: İlk öncə yumurtaları suda bişirib, soyudun və qabığını soyun. Yumurtaları kub formasında doğrayın. Turpları yuyub nazik yarlm halqalar formasında doğrayın. Göyərtiləri yuyub,suyunu süzün və xırda doğrayın. Salatı hazılrayacağınız qaba doğranmış yumurta, turp və göyərti,töküb qarışdırın. Üzərinə xama, kefir, duz və istiot əlavə edib qarışdırın və süfrəyə verin.
Nuş Olsun!
Servings: 1 yield(s)