Ballı Sousda Toyuq Qanadı

Yields: 1 Serving

Sobada dadlı, şirəli, ətirli toyuq qanadları hazırlaya bilərsiniz. Evdar.az ballı sousda toyuq qanadının reseptini təqdim edir.

Tərkibi:

  • 1 kq toyuq qanadı
  • 2 xörək qaşığı bal
  • 4 xörək qaşığı soya sousu
  • 2 xörək qaşığı zeytun yağı
  • 1 çay qaşığı acı Tabasko sousu
  • 1 xörək qaşığı ketçup və ya tomat
  • duz, istiot

Hazırlanma qaydası:

Toyuq qanadlarını yaxşıca yuyub suyunu süzün. Sousu hazırlamaq üçün bir qabda bal, soya sousu, zeytun yağı, Tabasko sousu, ketçup, duz və istiot töküb qarışdırın. Suyu süzülmüş toyuq qanadlarını hazırladığınız sousda 2 saatlıq marinə edin. Və ya 1 gecəlik soyuducuya yerləşdirə bilərsiniz. Marinə etdiyiniz toyuq qanadlarını yağlanmış soba sinisinə düzün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin.

Nuş Olsun!

Tags

#ballı  #sous  #toyuq qanadı  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir