Sobada dadlı, şirəli, ətirli toyuq qanadları hazırlaya bilərsiniz. Evdar.az ballı sousda toyuq qanadının reseptini təqdim edir.
Tərkibi:
1 kq toyuq qanadı
2 xörək qaşığı bal
4 xörək qaşığı soya sousu
2 xörək qaşığı zeytun yağı
1 çay qaşığı acı Tabasko sousu
1 xörək qaşığı ketçup və ya tomat
duz, istiot
Hazırlanma qaydası:
Toyuq qanadlarını yaxşıca yuyub suyunu süzün. Sousu hazırlamaq üçün bir qabda bal, soya sousu, zeytun yağı, Tabasko sousu, ketçup, duz və istiot töküb qarışdırın. Suyu süzülmüş toyuq qanadlarını hazırladığınız sousda 2 saatlıq marinə edin. Və ya 1 gecəlik soyuducuya yerləşdirə bilərsiniz. Marinə etdiyiniz toyuq qanadlarını yağlanmış soba sinisinə düzün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin.