Bir Dilim Daha Yemək İstəyəcəyiniz Kürən Tortu

Kürən tortu ballı tortun bir çox variantlarından biridir. Evdar.az yedikdən sonra daha bir dilim istəyəcəyiniz dadlı və zərif "Rıjik" tortunun reseptini təqdim edir. Tərkibi:
  • 500-550 qr un
  • 200 qr şəkər tozu
  • 2 ədəd yumurta
  • 100 qr bal
  • 100 qr kərə yağı
  • 2 çay qaşığı soda
Kremi üçün:
  • 400 qr bişmiş qatılaşdırılmış süd
  • 200 qr kərə yağı
Hazırlanma qaydası: İlk öncə yumurta və şəkər tozunu tel çırpıcıyla çırpın. Üzərinə 100 qr kərə yağı və bal töküb qarışdırın. Yumurta kütləsini ocağa qoyub şəkər tozu əriyənədək qarışdırın. Üzərinə soda töküb rəngi karamelize olanadək bişirin. Ocaqdan götürüb daha 1 dəqiqə qarışdırın. Unu töküb xəmir yoğurun. Xəmiri 6 hissəyə bölün. Kündələri yuvarlayıb oxovla yayın. Yuxanı yağlı kağız üzərinə qoyun, tava qapağı və ya boşqab ölçüsündə dairə kəsin. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada korju 3-4 dəqiqə bişirin. Qalan korjları da eyni qayda ilə bişirin və üzərlərinə mətbəx dəsmalı sərin. Krem üçün bişmiş qatılaşdırılmış südü kərə yağıyla mikserlə çırpın. Korjların kənarlarından qalan qırıntıqları toz halında xırdalayın. Korjları kremləyib üst-üstə yerləşdirin. Tortun kənarlarından qalan xırdalanmış qırıntılardan arasına səpin və sonda hərtərəfli bəzəyin.
Nuş Olsun!
Servings: 1 yield(s)